ORDUMUZ LAÇIN YOLU İSTİQAMƏTİNDƏ SƏRHƏDİ NƏZARƏTƏ GÖTÜRDÜ - Hakim yüksəkliklər və bütün yollar ordumuzun nəzarətinə keçdi

Azərbaycan Ordusu Laçın yolundakı hakim yüksəklikləri və sərhədboyu geniş sahələri nəzarətə götürüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb", - nazirlikdən bildirilib. 

"AzPolitika.info" xəbər verir ki, ötən gecədən başlayaraq erməni telegram kanallarında və sosial şəbəkələrdə Azərbaycanın Laçın yolunun keçdiyi Azərbaycan-Ermənistan sərhədində nəzarət buraxılış məntəqəsi quraşdırmağa başladığı barədə məlumatlar yayılır. Həmin məlumatlarda deyilir ki, Azərbaycan Ordusuna aid 10-dan artıq hərbi yük maşını Tex kəndi yaxınlığında görünüb və Azərbaycan hərbçiləri həmin ərazidə istehkamlar və nəzarət buraxılış məntəqəsi quraşdırılması istiqamətində işlər aparırlar.   

Lakin göründüyü kimi, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında hələlik bu barədə heç nə deyilmir. Ancaq qısa rəsmi məlumatdan belə nəticə də çıxarmaq olar ki, sərhədlərimiz lazım olan istiqamətdə nəzarətə götürülüb. 

"AzPolitika.info"  

635x100

Şərhlər

dadaşyev 2023-03-30 21:27:42

Qəşşşəəəəng!!!Qoluna qüvvət,Azərbaycan əsgəri!!!İrəli,hər zaman irəli!!Sən dayansan üstünə gələcəklər.Qalibləri mühakimə etmirlər.

Son yazılar