Menu

PREZİDENT YENİ AGENTLİK YARATDI - “Azərsu” və Meliorasiya və Su Təsərrüfatı ASC yeni qurumun tabeliyinə verildi

30.03.2023, 21:08
PREZİDENT YENİ AGENTLİK YARATDI - “Azərsu”  və Meliorasiya və Su Təsərrüfatı ASC yeni qurumun  tabeliyinə verildi

Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

Bu, Prezident İlham Əliyevin imzaladığı "Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanda yer alıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

Müəyyən edilib ki, Agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Şərhlər

dadaşyev 2023-03-31 00:25:40

Əla!Bəlkə bundan sonra hər ilin sonu-əvvəli "görəsən yenə suyun qiyməti qalxacaqmı" deyə barmağımızı dişləmədik.Çünki belə olanda üçü birində olur.Və ya biri üçündə.Və ya birində üçü. Neskafe.Necə yəni neskafe?Yəni nə olsa,sovet sənayemiz nə buraxsa onu içirəm?Necə yəni nə olsa,sovet sənayemiz nə buraxsa onu içirəm?Yəni araq,konyak,çaxır,və sair və ilaxır.Necə yəni və sair və ilaxır?Yəni ki likor,yoldaş Nagiyev,likor.

köhne 2023-03-30 17:33:33

SU YOXDUR! SOS, !SOS! SOS !

Aydın Cuvarlı 2023-03-30 15:50:34

Mükəmməl gediş! Əcəb maraqlısı odur ki, həmin qurumların texniki-iqtisadi göstəriciləri daha yüksəkdir? Hansı zəruri tələbatları təmin etməklə, daha səmərəli, yəni qənaətli maliyyə göstəriciləriə və ya texnoloji ehtiyatlara malikdir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol