MÜDAFİƏ NAZİRLİYİ İRAN KOMANDANININ HƏDYANLARINA SƏRT CAVAB VERDİ - "Terrorizmi dəstəkləyən dövlətin yüksək çinli hərbçisi..."

Azərbaycan ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan ərazisində kənar elementlər mövcud deyildir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) açıqlamasında deyilir.

"İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirilmişdir.

K.Heydəri öz cəfəng fikirlərində Azərbaycanda guya “sionist” qüvvələrin olmasını və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terrorçularından istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir. O, eyni zamanda İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyir.

K.Heydəriyə xatırlatmaq istərdik ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamışdır. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 137 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdir. Əksinə, bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənmişdir. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa, onlardan biri Fransa, ikinci isə İrandır", - MN bəyan edib.

Açıqlamada deyilir ki, Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır: "44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər salnaməsi yazmışdır. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülüş doğurur".

635x100

Şərhlər

Tahir 2023-03-31 07:31:29

Iran sefirliyini ve serhedleri bagliyin. Reddolsunlar.

dadaşyev 2023-03-30 22:39:27

Super cavabdır.Amma mənə belə gəlir ki,bundan sonra bu qancıq dövlətin,dünyanın ilk terror dövlətinin banisi olan Həsən əs-Sabbahın törəmələri olan bu ikinci həşşaşi dövlətin hərhansı bir açıqlamasına cavab verməyimiz lazım deyildir.Çünki bunların dediklərinə cavab verdikcə bunlar özlərini lazımlı bir söz sahibi hesab edirlər.Biz Sovet vaxtı iranı donqili,tula bir dövlət hesab etmişik,bu gün də elə hesab etməkdə davam etməliyik.Nədir axı bunların hər dediyinə cavab veririk?Onsuz da bunlardan hər hansı bir dövlət məmurunun nə dediyinin dünyada heç bir çəkisi yoxdur.Bunları əsla dinləmirlər,çünki qatı terror dövlətidir iran.Qoy nə qədər hürür hürsün.Biz öz işimizə baxaq.

ƏNHU 2023-03-30 22:37:31

Bu cür fars şovinistlərini sivil qanunlarla mühakiməı etmək yox, elə öz qavram tərzlərinə uyğun bir tərzlə kötüyə sarıyıb möhkəmcə döymək lazımdır. Tutmaq, nə bilim edam etmək adamın ürəyindən tikan çıxartmır. Möhkəmcə döyəsən, elə kötüyə bağlı vəziyyətdə də qoyub arxana baxmadan çıxıb gedəsən.

Sozsoz 2023-03-30 22:26:03

Iran deyesen qasinir ve basini ari yuvasina soxur! Buradan bir vacib hali prezident sarayina catdirmaq isteyirem. Basinizi xarici siyasete qosub daxildeki prosesleri unutmayin. daxilde kohne rus qvardiya uzvleri temizlenmelidir. proses leng gedir ve hele de menfeet munasibetleri zemininde kohne sebeke isleyir ve aktivdir. Aktiv olduqlari muddetce oz sebekelerini el altdan qurmaga davam edecekler. Oyanin!

Senan 2023-03-30 21:52:52

keçinin əcəli yetəndə çobanın çomağına sürtünər...bu fars iti kimi...

Azərbaycanlılar 2023-03-30 20:17:07

iran elə arazı keçməyə cəhd etdiyi gün məhv olacaq-əgər belə deyilsə deməli o tay bu tay qardaşlarıq deyə bir şey yox-yəni ki biz bir xalq deyilik-elə haray bu başdan

Son yazılar