MART SOYQIRIMINI TÖRƏDƏNLƏRİN ACI SONLUĞU – “Adam da adamı belə öldürərmi?”...
Ərazisinin böyüklüyünə görə yalnız Böyük Britaniyadan geri qalan Rusiya imperiyası (19, 16 milyon kvadrat verst – 20, 44 milyon kvadrat kilometr) XIX əsrdə, sözün əsl mənasında, Avropanın jandarmı rolunu oynayırdı. Günəşin qürub etmədiyi bu nəhəng imperiyanı idarə etmək üçün ölkə 78 quberniyaya, 21 vilayətə, 2 muxtar mahala bölünmüşdü. İmperiya strateqləri hərbi-siyasi önəm daşıyan bölgələrdə canişinliklik yaratmışdılar. Bakı, Yelizavetpol ( Gəncə), Kutaisi, Tiflis, İrəvan quberniyaları Qafqaz canişinliyi tərkibinə daxil edilmişdi.
XIX əsrin 70-ci illərində Bakıda neft sənayesi geniş vüsət tapdığı bir dönəmdə, Rusiya başda olmaqla, ətraflarda yaşayanlar, o cümlədən, ermənilər də, buraya axın etməyə başlamışdılar. Qacariyyə və Osmanlı dövlətləri ərazisində yaşayan ermənilər Türkmənçay müqaviləsindən sonra kütləvi şəkildə Bakıya, Gəncəyə, Naxçıvana, Qarabağa axışıb gəlir, sürətlə bu ərazələrdə yerləşib məskunlaşırdılar.
Digər xalqlardan fərqli olaraq, ermənilər istənilən şəraitə asanlıqla uyğunlaşa bildiklərindən, mənsəb sahiblərinin qılığına girməyi bacardıqlarından, rus hamilərinin də dəstəyi sayəsində qısa zamanda Bakıda söz, nüfuz sahibi olmuş, vəzifələr tutmuş ermənilər lobbi fəaliyyətlərini genişlətmiş, bir-birilərini tərifləyə-tərifləyə vəzifə nomenklaturasında çox irəliləmiş, Bakı şəhərinin müəyyən hissəsində öz məhəllələrini yaratmışdılar. Onlar mütəşəkkil fəaliyyətin faydalı iş əmsalının yüksək olduğuna çoxdan inanmışdılar. Gücləndikcə şəhər aborigeninə zaman-zaman diş də göstərirdilər. Qısa zamanda yerli əhali ilə ermənilər arasında ziddiyyətlər yaranmağa başlamışdı.
Narazılığın kökü Bakı quberniyasında ayrı-seçkiliyin hökm sürməsi ilə izah olunmalıdır. Belə ki, rus çarizminin 1870-ci ildə tətbiq etdiyi qaydaya görə, Bakı şəhər bələdiyyəsinin tərkibinin ancaq 3/1 hissəsini, 1892-ci il düzəlişinə görə isə, 5/1 hissəsini qeyri-xristianlar təşkil edə bilərdilər. XX əsrin əvvələrində Bakı əhəlisinin 80%-dən çoxu müsəlman türklərdən ibarət idi. (Bax: The Azerbaijani Turks: power and identity under Russian rule. Hoover Press, 1992, p. 25).
Cənubi Qafqaz Rusiyaya ilhaq edildikdən sonra çarizm açıq-aşkar müsəlman adət-ənənələrinin, şəriət qaydalarının aradan çıxmasına yönəlik siyasət yürüdür, milli və islami dəyərləri gözdən salmaq məqsədilə müxtəlif tədbirlər görür, müsəlmanların özlərindən olan bəzi mütəfəkkirləri bu istiqamətdə fəaliyyətə təşviq edir, məhkəmələrdə yalançı şahidlərin ifadəsi əsasında, bir qayda olaraq, türklərin əleyhində qərarlar çıxarılır, qondarma dəlillərlə türklərin mülkləri əllərindən alınır, onları mədəniyyətin düşməni, insani dəyərlərdən uzaq varlıqlar kimi nüfuzdan salmaq kampaniyası aparılırdı. Çarizm rejimi türkləri təhlükə mənbəyi olaraq gördüyündən erməniləri özlərinin vəfalı dindaşı və etibarlı dayağı olaraq dəyərləndirir, hər yerdə ermənilər mühüm vəzifələrə gətirilirdi. O dönəmdə, nadir hal olsa da, erməniləri xoşlamayan başçılara da rast gəlmək mümkün idi. Məsələn, general Q.S. Qolitsın (1838-1907) 1896-cı ilin dekabr ayında Qafqaz inzibati ərazisinin başçısı və Qafqaz Hərbi Dairəsinin komandanı təyin olunandan sonra rəhbərlik etdiyi strukturlarda işçilərin təxminən 90 faizinin erməni əsilli olduğunu biləndə sarsılmış və oralarda yerləşib-yataqlanmış ermənilərin əksəriyyətini vəzifələrindən uzaqlaşdırmışdı. (Məhz buna görə də, 14.10.1903-cü ildə ermənilər Tiflisdə ona qarşı qanlı terror aktı həyata keçirmişdilər. Nəticədə, general Q.S. Qolitsın öz əhdinə çatmadan həlak olmuşdu. Generalın “Доведу до того, что единственным армянином в Тифлисе будет чучело армянина в Тифлисском музее!- Elə edəcəyəm ki, Tiflisdə yeganə erməni Tiflis muzeyindəki erməni müqəvvası olacaq” vədi elə söz olaraq da qaldı). (Bax: Tadeusz Swietochowski, Russian Azerbaijan, 1905—1920 New York: Cambridge University Press, 1985, p. 40).
Bakı və Yelizavetpol quberniyalarında tədricən artıb çoxalan ermənilər vaxtaşırı olaraq türklərə hücumlar edir, sanki onların sayıqlığını, hazırlığını və nə cavab verəcəklərini sınayırdılar. 6 fevral 1905-ci ildə bir azərbaycanlı fəhlənin ermənilər tərəfindən vəhşicəsinə öldürülməsindən sonra Bakıdakı azərbaycanlılar cavab tədbiri görməyə məcbur qaldılar. Böyük Britaniyanın Bakı şəhərindəki o zamankı konsulu Patrik Stivensonun məlumatına görə, həmin ilin fevral ayında 900 nəfər azərbaycanlı və 700 nəfər erməni öldürülmüşdü (Bax: Justin McCarthy. Death and Exile-1821-1922, Princeton, New Jersey, The Darwin Press, 1995). Qısa müddət ərzində azərbaycanlılarla ermənilərin qarşıdurması geniş vüsət alaraq Qarabağa, Naxçıvana, Zəngəzura da yayıldı. O dönəmdə Britaniyanın vitse-konsulu olmuş Makdonellin sözlərinə görə, əgər müsəlmanların böyük əksəriyyəti hadisələri passiv şəkildə kənardan izləməsəydi Qafqazda erməni qalmazdı. Britaniyalı diplomatların fikrinə görə, çarizm rejiminin ermənilərə olan hüsn-rəğbəti, favoritizm siyasəti ermənilərdə Qafqaz türklərinə qarşısında özlərində inam, cəzasızlıq hissi yaratmış, onların türklərə qarşı iddialarını artırmışdı ( Bax: Kenneth Bourne, Cameron Watt. British Documents on Foreign Affairs: Reports and Papers From the Foreign Office Confidential Print, Volume 3, Russia 1905—1906, p.185-186).
Qeyd edilməlidir ki, Azərbaycan türklərinin kütləvi şəkildə məhv edilməsində xüsusi canfəşanlıq göstərən, erməniləri vahid mərkəzdən idarə edən siyasi təşkilat “Daşnaksütun” olmuşdur. Osmanlı dövlətinə qarşı mübarizə aparmış bolqarlardan ruhlanan qatı erməni millətçiləri 1890-cı ildə öz partiyalarını yaratmış, əvvəlcə gizli, daha sonra isə açıq fəaliyyətə keçmişdilər (Bax: D. Henry. Baku An Eventful. London, 1905, p. 149—150). Erməni millətçiləri mütəşəkkil qaydada öz dövətlərini yaratmaq üçün bütün vasitələrə əl atmışdılar. İşi o qədər irəlilətmişdilər ki, 22.11.1920-ci ildə ABŞ-ın o zamankı prezidenti Vudro Vilson (1856-1924) Osmanlı torpaqlarında (Trabzon, Ərzurum, Van və Bitlis vilayətlərində - cəmi 103,6 min kv.km) Ermənistan dövlətinin yaradılması layihəsini imzalamışdı. Vilson layihəsinə görə, yaranacaq Ermənistan dövlətinin Qara dənizə çıxışını təmin etmək üçün Batum tərəfdən onlara müəyyən koridor da açılacaqdı. Məlum olduğu kimi, Qazi Mustafa Kamal Paşa siyasi hakimiyyətə gələn kimi bu planı rədd etdi. 3 mart 1918-ci ildə imzalanmış Brest-Litovsk müqaviləsi əsasında Sovet Rusiyası cənub cəbhəsindən çəkilincə ermənilər də Şərqi Anadoluda müvəqqəti olaraq ələ keçirdikləri ərazilərdən qaçdılar. Maksimum proqramları gerçəkləşməyincə minimum proqramın realizasiyasına başladılar: Azərbaycana aid yerlərə sahiblənmək üçün yerli əhalini kütləvi şəkildə qırmaq, qovmaq və o yerlərdə möhkəmlənmək. Azərbaycan türklərinə aid hər şeyi - maddi-mədəniyyət abidələrini, evləri, məzarlıqları, məscidləri yerlə yeksan etmək, onlara aid bütün izləri yer üzündən silmək, ermənilərin bu yerlərin əzəli sakini olduqlarını “sübut etmək” üçün kilsələr inşa etmək, “xaçkar”lar (üzərində “üstəgəl” işarətinə bənzər motivlər, çiçək və ya günəş rəmzi həkk olunmş daşlar) ucaltmaq onların ümdə işləri oldu. 1918-ci ilin 31 martı bu yolda atılan ciddi və mütəşəkkil hazırlığın başlanğıcı kimi dəyərləndirilməlidir.
Dişləri qana batmış ermənilər qazandıqları uğurlardan ruhlanmış, daha böyük hədəf müəyyənləşdirmişdilər: Bakıda bir nəfər də olsun türk yaşamasına imkan verməmək! Bütün hazırlıqlarını bu məqsədin reallaşması naminə görmüş, intuitv olaraq fürsət anının gələcəyi günün uzaqda olmadığını anlamışdılar.
Birinci Dünya müharibəsinin başlaması çox yerdə hərbi-siyasi mənzərəni dəyişdirdi. Xüsusən, Peterburqda baş vermiş 25 oktyabr 1917-ci il inqilabı bərabərində böyük təlatümlər gətirdi. Bir anda hər şey, bütün dəyərlər, meyarlar yox olmuş, faktik olaraq gün batmayan nəhəng ölkədə “Pompeyin son günü”nü xatırladan əsl xaos başlamışdı. Müəzzəm imperiya mərkəzdənqaçan güclərin sayəsində bir anda çökmüşdü. Yarandığı 1890-cı ildən bu anın həsrəti ilə yaşayan “Daşnaksütun” – "Birlik" partiyası liderlərinin əlinə böyük fürsət düşmüşdü. 1906-cı ildən rəsmi şəkildə çarizm tərəfinə keçən daşnaklar 1916-1917-ci illərdə Qafqaz cəbhəsində Osmanlı dövlətinə mümkün qədər daha çox zərər vurmaqla məşğul olmuşdular. Onlar yaxşı bilirdilər ki, taleləri Rusiyanın qələbəsindən asılıdır. Siyasi fəaliyyətlərini qanlı terror əsasında qurmuş daşnaklar öz üzvlərinə ruslara qarşı ən kiçik təxribatı belə yasaqlamışdılar. Onların əzəli hədəfi türklər idi. Daşnakların türk etnosuna qarşı qəddarlığı tanınmış ingilis tarixçisi Donald Blokshemi də təəccübləndirmişdi ( Bax: Bloxham D. Genocide on trial : war crimes trials and the formation of Holocaust history and memory. — Oxford ; New York: Oxford University Press, 2001). Bolşevik cildinə girmiş daşnaklar 1917-ci ilin noyabrından Bakıda mühüm vəzifələr tutmuşdular. Bakıda iqtidarda olan 26-ların başçısı Stepan Şaumyan Azərbaycanı sovetləşdirmək bəhanəsi ilə Bakıda, Şamaxıda, Qubada, Lənkəranda törədilən hərbi cinayətləri son qələbəyədək davam etdirməyin zəruriliyini bildirirdi (Bax: Шаумян С. Г. Избранные произведения. Т. 2. (1915 – 1917). М., 1918, с. 254).
Sovet hakimiyyəti rejimində yüksək vəzifə əldə etmiş daşnaklar müxtəlif bəhanələrlə türkləri açıqdan açığa sıxışdırmağa başladılar. 1917-ci ilin sonlarında Bakıda fəaliyyətə başlayan “erməni milli şurası” (HAX – Hayastani azqayin xorhurdi) ermənilərin fəaliyyətini koordinə etmək, daşnaklara türklər haqqında lazımı məlumatlar ötürmək, türk zənginlərinin ünvanlarını öyrənmək, ermənilərə antitürk təbliğatı yaymaq, rus və yəhudilərin gözündə məsum erməni obrazı yaratmaq, mətbuatı ermənilərin təşviqat maşınına çevirmək idi.
1918-ci ilin yanvarında cəbhədən Bakıya qayıdan türk əsgərlər daşnaklar tərəfindən tərksilah edilərək həbs olunmuşdular. Etiraz edənlər dərhal cəzalandırılırdılar. İş o həddə çatmışdı ki, yerli sakinlər vağzal tərəfə gedə bilmirdilər. Onlar qatara minmək istəyəndə Biləcər tərəfə getməyə məcbur olurdular. Türklər dəfələrlə erməniləri dostluğa dəvət etsələr də, ermənilər öz ədavətlərini davam etdirirdilər.
1918-ci ilin mart ayının 17-də (yeni stillə, 29 martda) məşhur milyoner H.Z. Tağıyevin Lənkəranda hələk olmuş zabit oğlu Məhəmmədin dəfnində iştirak etmək üçün gəlmiş azsaylı zabit heyətinin daşnaklar tərəfindən Bakı limanında tərksilah edilməsinə yerli Bakı camaatının etiraz etməsi ermənilərə Mart soyqırımının, türk genosidinin başlanmasına bəhanə oldu.
19 (31) mart səhər erkəndən, şəhər yuxuda ikən əvvəlcədən hazırlıq görmüş, təpədən dırnağa silahlanmış daşnaklar böyük-kiçik demədən qarşılarına çıxan hər kəsi güllələləməyə, evləri, mağazaları yandırmağa, məscidləri dağıtmağa başladılar. Hiyləgər daşnaklar Xəzər dənizində reyddə duran rus matroslarını inandırmışdılar ki, türklər İçərişəhərdə və Bayırşəhərdəki rusları girov götürmüşlər. Rus matroslar da bu hiyləyə inanıb şəhəri top atəşinə tuturdular. Müsəlmanlar mövcud durumu Krasnokrets (indiki Şeyx Şamil) küçəsində yerləşən İran konsulluğuna çatdırdılar, az sonra İran konsulu Muhəmməd Səidülvüzəra Marağai və kapitan-leytenant M. A. Natanson İçərişəhərə gəldilər, oradakı 240 rusun heç birinin zərər görmədiğinin şahidi oldular, içərişəhərliləri qorumaq üçün 20 matros təyin edib getdilər (Bax: Mərkəzi Dövlət Arxivi, f.277, s.17).
Daşnaklar bütün şəhər boyu hücuma keçmişdilər. Dəhşət burasında idi ki, bakılılara qarşı qəddar davranan qaragüruha, insaniyyətdən, mədəniyyətdən, dostluqdan dəm vuran erməni ziyalıları şəxsən özləri başçılıq edirdilər. Nkolayevsk (indiki İstiqlaliyyət) küçəsi ilə hücuma keçən daşnaklar İsmailiyyə binasına, indiki Sabir bağı tərəfdə yerləşən Kaspi mətbəəsinə, Uroloji xəstəxana səmtindəki “Dağıstan” mehmanxanasına od vurmuşdular, Sobornı (indiki Sabir) küçəsində doqquz müsəlman qadını diri-diri tonqala atmışdılar, neft milyoneri (neftəxuda) Baləhməd Muxtarovun Persidski (indiki Murtuza Muxtarov) küçəsindəki malikanəsini dağıtmış, ailə üzvlərini doğramışdılar.
Daşnaklar Kaspi mətbəəsində nəşr olunmuş təxminən 5 min ədəd "Qurani-kərim"i də təhqir etmişdilər, Vorontsov (indiki Kömürçü) meydanında yüzlərcə adamı işgəncə ilə öldürmüşdülər. Kamenistaya (indiki Bəşir Səfəroğlu) küçəsi ilə Persidski (indiki Murtuza Muxtarov) küçələrinin kəsişdiyi tində Şamaxı məscidinə sığınmış türkləri qanlarına qəltan etmişdilər.
Hadisələri öz gözləri ilə görmüş A. N. Kvasnik familyalı bir şahid Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşkil olunmuş Fövqəladə İstintaq Komissiyyasına bildirmişdi ki, Bakı soyqırımında bütün yaş qrupundan və peşədən olan ermənilər iştirak edirdilər, Serkovnı (indiki Vidadi) küçəsində törədilən qətliam iştirakçıları arasında ikinci-üçüncü sinifdən olan erməni uşaqlar da qatılmışdı. Bütün ermənilər türkləri öldürməkdən, onlara ağlasığmaz işgəncə verməkdən zövq alır, bununla da sanki öz milli borclarını yerinə yetirirdilər (Bax: Mərkəzi Dövlət Arxivi, f.277, q. 26, s.6). Ermənilər Mart soyqırımından xeyli əvvəl, gecələr şəhərin müxtəlif yerlərini sürəkli atəşə tutur, adamları daim qorxu altında saxlayır, onları öz yaşayış yerlərindən çıxıb getməyə məcbur edir, tez-tez müxtəlif məhəllələrdə qarət, oğurluq hadisələri törədir, gündüzlər də müsəlmanlara qarşı təhrikedici hərəkətlər törədir, onları əsəbiləşdirir, türkləri yəhudi və rusların nəzərində vəhşi, mədəniyyətsiz, cahil topluluq kimi təqdim etməyə nail olurdular. Zəngin türkləri zorla öz evlərindən qovur, ən yaxşı halda onları həmin evin zirzəmisində yaşamağa vadar edirdilər. Müsəlman əhalinin şikayət edəcəyi yer yoxuydu. Müsəlman əhalidə hava qaralandan sonra küçəyə çıxmağa cəsarət qalmamışdı. Qafqaz cəbhəsini tərk edən ruslar da öz silahlarını dəyər-dəyməzə ermənilərə satır, ya da bağışlayırdılar. Kolubakin (indiki N. Rəfibəyli) küçəsində, Parapetə (indiki Fəvvarələr meydanı) yaxın yerdə yerləşən erməni kilsəsində də antitürk moizələri oxunur, ermənilər türk soyqırımına təşviq edilirdi. Təsadüfi deyil ki, məhz həmin ünvanda yerləşən erməni kilsəsi mart soyqırımında ermənilər üçün əsl cəbbəxana rolu oynamış, onun zirzəmisində dinc müsəlman əhaliyə qarşı işlənmiş kütləvi qırğın silahları mühafizə olunmuşdu.
Nikolayevski (indiki İstiqlaliyyət) küçəsində Lalayanlara məxsus “Metropol” (indiki Nizami adına ədəbiyyat müzeyi ) mehmanxanasının damından ermənilər pulemyotlarla ətrafdakı müsəlman məhəllələrinə atəş açırdılar.
Mart soyqırımı zamanında və sonrakı vaxtlarda İranın konsulu olmuş Muhəmməd Marağai “Siyasi xatirələr”ində Bakıda gördüyü vəhşəti belə təsvir etmişdir: “Konsulluğun binasında 100 iranlı bizə nicat gətirmişdi. 1918-ci ilin 2 aprelindən başlayaraq biz öz gücümüzlə təxminən 5 mindən çox cəsədi küçə və meydanlardan yığıb onları müsəlman qaydasına uyğun şəkildə dəfn etdik.”
Ermənilərin Bakı, Şamaxı, Quba, Kürdəmir, Göyçay, Lənkəran, Zəngəzur, Naxçıvan və sair yerlərdə genosid əməlləri Qafqaz İslam Ordusunun Bakını azad etməsinə qədər müəyyən fasilə və templə davam etmişdir. Bu müddət ərzində 30 min soydaşımız qətl edilmişdir. 30-31 mart və 1 aprel 1918-ci il qırğınında ermənilərin insanlıqdan uzaq fəaliyyəti haqqında S. Şaumyan bir məktubunda “bizim üçün döyüşün nəticəsi parlaq oldu” yazıb. Sözsüz ki, öz mənafelərinin naminə məkrli plan hazırlayıb erməniləri bu qanlı əməllərə təşviq edənlər vardı. Əlbəttə ki, ermənilərin dəstəkçiləri də elə onlar qədər məsuliyyət daşıyırlar. Havadarlarının sayəsində Mart qırğınını törədənlərin nəvələri yüz il sonra Ağdamın daşını daş üstə qoymayıb, Füzulini yerlə bir edib, Cəbrayılı viranəyə çevirib, Zəngilanı yer üzündən silib, Kəlbəcəri dağıdıb, Qubadlını tar-mar edib, Şuşanın tarıxı memarlıq abidələrini bərbad günə salıblar, hələ də Xankəndində at oynadırlar…
31 Mart soyqırımının əsas təşkilatçıları və iştirakçıları Stepan Şaumyan, Stepan Lalayan, Samson Amiryan, Hamazasp Srvantsyan, Andranik Ozanyan, Tatevos Amiryan və başqalarının sonrakı aqibətləri haqqında təskinlik üçün qısa bilgi vermək maraqlı olar.
Baksoveti daşnaklarla doldurmuş quldurbaşı Stepan Şaumyan – haqqında, guya, çox sonralar Hindistanda ölməsi haqqında şayiələr uydurulmasına baxmayaraq – 20 sentyabr 1918-ci ildə Ağcaqumda güllələndi.
Bakı və Şamaxıda çox sayda müsəlmanı qətlə yetirən Stepan Lalayan 30.11.1919-cu ildə Gəncədə güllələndi.
Əlləri minlərcə günahsız müsəlman, türk qanına bulaşmış, əsirlərə və yaralılara xüsusi amansızlıqla işgəncələr verməkdən mənəvi həzz alan xunxar Hamazasp Srvantsyan 20.02.1921-ci ildə İrəvanda balta ilə doğram-doğram edildi. Öldürülərkən “adam da adamı belə öldürərmi?” deyə zarımışdır. Ayağındakı çəkməsindən doğranmış cəsədin Hamazasp olduğu müəyyənləşdirilmişdir. Ermənilərin iddialarına görə, onu Süleyman Nuri adlı bir türk öldürtmüşdür.
Ömrü boyu türklərin əlinə keçəcəyi qorxusundan səksəkə içində yaşamış, tez-tez yerini dəyişmiş, qatil tayqulaq Andranik Ozanyan 31.08.1927-ci ildə müəmmalı şəkildə öldü. Son sözləri “işim yarımçıq qaldı” olub. Hələlik üç dəfə basdırılıb (öncə Kaliforniyada, sonra Parisdə, indi də İrəvanda).
Bakı qarnizonun komendantı maskası altında müsəlmanları xüsusi amansızlıqla qətlə yetirən Baqdasar Avakyan – 20.09.1918-ci ildə güllələndi.
Bolşevik cildində bakılılara qarşı soyqırımda yaxından iştirak etmiş Tatevos Amiryan – 20.09.1918-ci ildə güllələndi.
Bolşaya Morskaya (indiki Bülbül) küçəsindəki malikanəsi daşnakların iqamətgahı olan, Zuğulba su kəmərinin sahibi, türk qadınlarını işgəncələrlə şəxsən öldürən milyoner Ambarsum Məlikyan – 01.10.1918-ci ildə Astraxanda güllələndi.
Mart soyqırımı ciddi-cəhdlə uzun zaman bizə unutduruldu. Çəmbərəkənd məzarlığı bəlli bir dönəm Mərkəzi əyləncə və istirahət parkına çevrildi, qətlə yetirilənlərin üstündə “Drujba narodov – Xalqlar dostluğu” restoranı inşa edildi. Şəhərə hakim yüksəklikdə isə daşnakların siyasi hamilərindən və havadarlarından birinin — şorgözlüyünə görə 1934-cü ildə güllələnərək öldürülmüş “doğma Mironıç”ın heykəli də ucaldıldı. Rüzgarlar şəhərinin dəlisov küləkləri bu heykəli devirməyə çox çalışsa da, onu yıxmağa gücü yetmədi. Bəzən sinirləndi, bəzən bezdi də bu gücsüzlüyündən. İqlim küləklərinin devirməyi bacarmadığını zaman rüzgarı bacardı. Heykəl də, restoran da, əyləncə mərkəzi də sanki heç olmayıbmış kimi yoxa çıxdı. Qətl edilmiş soydaşlarımızın qanı yerdə qalmadı.
Son yazılar
Обзор на EPOS GTW 270 Hybrid
Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price
Şərhlər
Ramazam müəllim sənin yazıların çox mükəmməldir Allah səni qorusun
Ramazan bəy çox dəyərli məqalə üçün təşəkkür edirəm
Ramazan bəy, çox maraqlı və lazım məqalədir! Siz hər zaman möhtəşəm tarixi axtarışları edirsiz. Qələminiz hər zaman belə möhkəm olsun.
Böyük alimimiz Ramazan Sıracoğlunun hər sətrindən vətənpərvərlik qoxusu gələn yazılarını həvəslə oxuyur,öyrənir, fəxr edirik və belə bir şəxsiyyətin əlini sıxmaq imkanımızın olmamasına təəssüflənirik.
Dəyərli alimimizə təşəkkür edirəm.
Ramazan müəllim təşəkkür edirik
axmaq erməni--xoşluqla olsaydınız indi bütün azarbaycanın sahibiydinz--uzunqulaq kimi dirəşmisiniz qarabağda--qarabağı vern sahibinə yəni azarbaycana--əvəzində 20 deptat yeri isteyin parlamentdə-aərbaycan türkləri mavmındılar başlarına döy çörəklərin əlindən al --onsuzda sizlərin 18-20-ci illərdə etdiklərini indi bizim dildə danışan başqa millətlər edirlər---az.türklərinin biznesləri əllərindən alınır,vəziffələrdən qovullurlar dünyaya qeyri mədəni plduqları göstərilit haydi erməni yubanma --barış biz ynə erməni lərlə qohum olacayıq
başlıq düz seçilməyib MART SOYQIRIMINI TÖRƏDƏNLƏRİN ACI SONLUĞU yox mart soyqırımını törədələrin layiqli sonluğu
SIZƏ dərin təşəkkür edirəm.
Bəli, ancaq, faciəvi tariximiz müasir *sivil* hüquqi dünyaya dərs olmur? Tarixə 18ci əsrdə ayrılmış *grekor* sektası hələ də azərbaycanlılara qarşı soyqırım iddiasında görünür? Azərbaycan isə separat soyqırım yuvası-əski DQMV sovetliyini 25-30 illik cinayətlərə adekvat təxliyyə iddiası deyil, barışıq xəyalətindədir?