Deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumla bağlı saxlanılan daha bir şəxsin adı məlum olub.
"Report" xəbər verir ki, bu, İlkin Süleymanovdur.
O, Xocəsəndə saxlanılıb.


***
Deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumun təşkilatçısı və iştirakçıları məlum olub.
“Report” xəbər verir ki, ilkin məlumata görə hücumun təşkilatçısı Səricanov Azər Kamran oğludur. O, 1976-cı ildə Salyan rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2010-2019-cu illər aralığında 11 dəfə İrana səfər edib. 1993-2002-ci illərdə Qum şəhərində yaşamaqla orada təhsil alıb, təhsil aldığı müddətdə İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub. Azərbaycana qayıtdıqdan sonra İran xüsusi xidmət orqanlarının maliyyə dəstəyi ilə xeyriyyəçilik adı altında ölkədə biznes fəaliyyəti qurub. Sonrakı müddət ərzində dəfələrlə İrana səfərlər edib. İran xüsusi xidmət orqanlarından aldığı sifariş əsasında məlum cinayətin törədilməsinin maliyyə və təşkilatı işlərini təmin edib.
Deputata atəş açan Şirinov Səbuhi Vəliyəddin oğludur. 1986-cı ildə Ağdam rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir. 2017-2022-ci illər aralığında 15 dəfə İrana səfər edib. Orada olduğu müddətdə İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunub və döyüş hazırlığı keçib. Azər Səricanovdan aldığı təlimat əsasında məlum cinayəti icra edib.
Dəstənin digər üzvləri isə bunlardır:
Əsgərov Elşad Tofiq oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2013-2018-ci illər aralığında 9 dəfə İrana səfər edib.
Əliyarov Emin Rafiq oğlu 1970-ci ildə Bakı şəhərində anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2004-2015-ci illər aralığında 3 dəfə İrana səfər edib.
Hər iki şəxs Fazil Mustafaya qarşı terrorun törədilməsinin təşkilində Azər Səricanova köməklik göstərib.
Beləliklə, məlum olur ki, Fazil Mustafaya qarşı terror İranın Azərbaycanda yaratdığı şəbəkə vasitəsilə reallaşdırılıb.
Baş vermiş cinayətin xarakteri, iştirakçıların kimliyi, istifadə olunan metodlar bu terror aktının arxasında İran xüsusi xidmət orqanlarının, xüsusən də SEPAH-ın dayandığını aydın şəkildə göstərir.
Bu, İranın Azərbaycana qarşı dövlət səviyyəsində apardığı terror siyasətinin növbəti çirkin təzahürüdür.
Bundan əvvəl Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın olub, bütün dünya bunu terror aktı kimi qiymətləndirib.
Hazırkı dövrə kimi Azərbaycana qarşı Ermənistan terror siyasəti həyata keçirib, vətəndaşlarımız bu qatı cinayətlərin qurbanına çevriliblər. İndi İran da Azərbaycana qarşı eyni metodlardan yararlanır və bu hal Azərbaycan ictimaiyyətində İranı Ermənistanla eyniləşdirir.
Məhz bu səbəbdən İrana işləmək, onun xüsusi xidmət orqanları, dini-ideoloji mərkəzləri ilə əməkdaşlıq etmək Ermənistanla əməkdaşlıq etmək deməkdir.
İranın öz məqsədlərini reallaşdırılması üçün dindən istifadə etməsi, dini terror siyasətinin alətinə çevirməsi İslama xəyanətdir.
İranın Azərbaycanda qurduğu şəbəkənin bütün üzvləri ifşa olunmalı və qanun qarşısında cavab verməlidirlər. Azərbaycan xalqı xəyanəti bağışlamır və heç vaxt bağışlamayacaq.
***
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdinin təşkilatçı və iştirakçılarından 3 nəfərin adı məlum olub.
Bununla bağlı Teleqram kanallarında foto paylaşılıb.
Qeyd edilib ki, sui-qəsdin təşkilatçısı Azər Kamran oğlu Səricanovdur. O, 1976-cı ildə Salyan rayonunda anadan olub, 2010-2019-cu illərdə 11 dəfə İrana səfər edib.
Onun köməkçisi Elşad Tofiq oğlu Əsgərovdur. 1983-cü ildə Bakıda anadan olan E.Əsgərov 2013-18-ci illərdə 9 dəfə İranda olub.
Millət vəkilinə atəş açan isə Səbuhi Vəliyəddin oğlu Şirinovdur. 1986-cı il təvəllüdlü S.Şirinov 2017-22-ci illərdə 15 dəfə İranda səfərdə olub.
Qeyd edək ki, dünən verilən rəsmi açıqlamaya görə, DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb. Hazırda onlar DTX-da dindirilir.

***
Paytaxtın bir neçə istiqamətlərində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir.
Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leynetantı Elşad Hacıyev bildirib ki, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər DİN, DTK və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb. Əlavə məlumat veriləcəkdir.
Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Şərhlər
Əvvəlki fikirlərimə kiçik bir aydınlıq gətirmək istərdim. Bütün bəlaların başında money-money məsələsi durur. Səhv etmirəmsə, atalar sözü var: ac qılınca çapar. Nə qədər ki, öz vətəndaşımıza sahib çıxmayacaqğıq ona sahib çıxan İran, Rusiya, Ermənistan və nə qədər də stanlar sahib çıxacaq. İnanmıram ki, Avropada alman vətəndaşı pul qarşılığında bundestaqın deputatına silah tətbiq etsin. Azərbaycanın inkişafını həzm edə biilməyən ətraf ölkələr bir balaca tula payı verib, beynini yeyib (промывание мозгов) vətəndaşlarımızdan robot kimi istifadə edəcəklər. Sonra da biz bunun adını 5-ci kolon, 6-cı kolon, daha nə bilim nə qoyacağıq. Nə qədər gec deyil iqtisadi sahədə dərin islahatlar aparılmalı, əhalinin güzəranını 10 faiz artımla deyil, əhəmiyyətli dərəcədə Hökumət yönünü ona tərəf çevirməli, onun qonşu dövlətlərin alətinə çevrilmələrinin qarşısını almalıdır. Buna bizim kifayət qədər resurslarımız mövcuddur. Düşünmək zamanıdır, əks halda təhlükəni kənardan deyil, daxildən hiss edəcəyik. Bu günkü terror hadisəsi buna əyani misaldır.
Əvvəlki fikirlərimə kiçik bir aydınlıq gətirmək istərdim. Bütün bəlaların başında money-money məsələsi durur. Səhv etmirəmsə, atalar sözü var: ac qılınca çapar. Nə qədər ki, vətəndaşlarımıza sahib çıxmayacağıq, ona sahib çıxan İran, Rusiya, Ermənistan və nə qədər də stanlar sahib çıxacaq. İnanmıram ki, Avropada alman vətəndaşı pul qarşılığında bundestaqın deputatına silah tətbiq etsin. Azərbaycanın inkişafını həzm edə biilməyən ətraf ölkələr bir balaca tula payı verib, beynini yeyib (промывание мозгов) vətəndaşlarımızdan robot kimi istifadə edəcəklər. Sonra da biz bunun adını 5-ci kolon, 6-cı kolon, daha nə bilim nə qoyacağıq. Nə qədər gec deyil iqtisadi sahədə dərin islahatlar aparılmalı, əhalinin güzəranını 10 faiz artımla deyil, əhəmiyyətli dərəcədə Hökumət yönünü ona tərəf çevirməli, onun qonşu dövlətlərin alətinə çevrilmələrinin qarşısını almalıdır. Buna bizim kifayət qədər resurslarımız mövcuddur. Düşünmək zamanıdır, əks halda təhlükəni kənardan deyil, daxildən hiss edəcəyik. ..
Bu cinayət hadisəsinin, terror aktının başvermə səbəbini kimsə araşdırıbmı? DTX terror aktını törədənləlrin şəxsiyyətlərini, hadisənin kimlər tərəfindən törədilməsini müəyyən edir. İstintaq qurtarandan sonra işi məhkəməyə ötürüb cəzalar müəyyən ediləcəkdir. Vəssalam. Gəlin görək Fazil Mustafa nə əməlin sahibidir ki, ona silah qaldırılır? Azərbaycanlı azərbaycanlıya niyə də silah qaldırmalıdır? İranın xüsusi xidmət orqanlarının əməkdaşlığa cəlb etdiyi həmvətənlərimiz nəyə görə bu cinayətə əı atıblar? Vaxtı ilə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu müzakirə edilərkən İranda təhsil alan vətəndaşlarımıza qarşı müəyyən məhdudiyyətlər müəyyən edilmişdir və düzgün də qərar qəbul edilmişdir. Qaqrdaş qardaşa qarşı niyə silah tətbiq etməlidir, bunun səbəbi nədədir? Üzümü birbaşa ölkə rəhbərinə tuturam. Əsas səbəb maliyyə məsələsidir. İranın xüsusi xidmət orqanları bu zavallıları pul kisəsinə salıb onları girov vəziyyətinə salırlar. Bu şərəfsizlər pula görə ata-anasını, ailəsini də güllələyər. Onlar əvvəlcə şirnikləndirilirlər, sonra artıq marionetkaya, zombiyə çevrilirlər. İstənilən əmrin icraçılarına çevrilirlər. Heç kimə sirr deyil ki, artıq Şabran, Xaçmaz rayonlarında Vəhhabilər peyda olublar və bütün əhalinin həyatlarına sirayət ediblər. Gələcəkdə onlar ölkə üçün böyük təhlükə mənbəyidir. Qayıdaq İran məsələsinə. Ölkədə dərviş toyları barədə hamı məlumatlıdır. Bu toyların birində özüm iştirak etmişəm. Toydan əvvəl təxminən 30-40 dəqiqə namaz prosesi həyata keçirilir, sonra dini söhbətlər keçirilir, musiqi, rəqs olmaz, bəylə gəlin bir yerdə əyləşə bilməzlər. Bu toydan çox yas məclisinə oxşayır, az qala İranı təbliğ edirlər. Məndə elə təəssürat yarandıki, elə bil bu məclisləri İranın xüsusi xidmət orqanları maliyyələşdirir. Bu böyük təhlükədir. Düşünməyə dəyər.
Çox sevindik ki, Fazil Mustafa sağ-salamatdır. Allah Fazil bəyi saxlasın. Amin.
İslam alimlərinin mütləq əksəriyəti şiəliyi məzhəb kimi qəbul etmirlər.Şiyəliyin əsas idioloqu Abdullah Səba (yəmən yahudisi olduğu və İmam Əli dövründə yaşadığı bildirilir) , İslamı daxildən parçalamaq və haqq yolundan sapdırmaq məqsədi ilə yaratdığı barədə çoxsaylı informasiyalar var.Şiyəlik pərdəsi arxasında pars şovinizmi, paniranizm təbliğatını aparır. Sözdə ABŞ və İsrail ə qatı düşmənçilik aparsa da işdə yalnız İslam Dövlətlərinə qarşı müharibələr aparıb və indi də aparır.
Çox sevindik ki, Fazil Mustafa sağ-salamatdır. Allah Fazil bəyi saxlasın. Amin.
Bu vətən xainlərinin yetişməsində günahkar özümüzük,çünki ocaq necatları 30 il bəsləyən biz olmuşuq
Ermənistanın təhlükəsizliyi İranın tehlukesizliyidir, sərhədi qırmızı xettimizdir deyib erməniyə dəstək verən farsa xidmət edən biqeyretlerden hər alçaqlıq gözləmek olar, bəlkə də Azərbaycana qarşı Ermənistan tərəfdə doyuserler sabah müharibə olarsa
Konstitusiyamıza zidd işğalçıya AÇIQ, daimi separat həndəsi-mərkəzi qarabağ təhlükəsinə şimaldan xüsusi Rf Hərbi mühafizəçilərinə son vaxtlar cənubdan İran irticası, paytaxtda əli avtomatlılar, Naxçıvanda milli qurura qarşı cinayətkar təxribatlar yalnız F.Mustafaya qarşı ölkəboyu təxribat deyil?
Arada gəzən söz-söhbəti dayandırmaq üçün Fazil Mustafanın müalicə aldığı yertdən tv verilişləri vermək lazımdır.