Menu

İNAM KƏRİMOV ALİ MƏHKƏMƏNİN HAKİMİ TƏYİN EDİLİR - Yenilənib

03.04.2023, 12:20
İNAM KƏRİMOV ALİ MƏHKƏMƏNİN HAKİMİ TƏYİN EDİLİR -  Yenilənib

İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi barədə məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.

"Report"un xəbərinə görə, məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Məsələnin parlamentin sabahkı plenar iclasının gündəliyinə daxil edilməsi gözlənilir.

***

İnam Kərimov Ali Məhkəmənin hakimi təyin olunur.

"Report"un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Daha sonra məsələ ətrafında deputatlar çıxış edəcəklər. Müzakirələrdən sonra sənədin parlamentin sabah keçiriləcək iclasına tövsiyə olunması gözlənilir.

İ.Kərimov hazırda kənd təsərrüfatı naziridir.

Qeyd edək ki, Ali Məhkəmənin sədri postu bir aydır boşdur. Əvvəlki sədr Ramiz Rzayevin səlahiyyət müddəti ötən ay bitib.

Şərhlər

İ.M. 2023-04-07 20:30:24

..... Xalqımızın savadlı övladları ən yüksək bal toplamalarına baxmayaraq Hakim olmağa imkan verməyiblər və bu səbəbli sosial narazılıqlar artmaqda davam edir, çünki Vətəndaşların müraciətlərinə əhəmiyyət verilmir ?

Məzlum 2023-04-04 13:05:58

Onun bu sahədə fəaliyyəti,təcrübəsi anadan olanda olubmuş.Maşallah .....

Eli 2023-04-04 12:02:14

Bu cavan oğlan ölkede yüksek vezife tütmuş bu vezifelere layiq ükü üç mükemmel kadrlardsn biri belke de birincisidir.Keş bele kadrların sayı daga çux olsun ve dövletimiz daha da güclensin,qüdretli olsun.Mükemmel kadrlar her şey demekdir be insan faktoruna diqqetin artması da mehz kadrların yerinde olmasından çox asıludır.Uğurlar İnam beye.

Kərimov Vaqifi 2023-04-04 10:23:44

Nə ixtisas,nə təhsil.nə təcrübə nəzərə alınır......Ona görə ölkədə bütün sahələrin fəaıiyyətindən xalq əziyyət çəkir.

Oxucu 2023-04-03 12:49:26

..bizdə öz yerində olan kimdir ki..(

Vətəndaş 2023-04-03 12:19:18

İnam Kərimov Ali Məhkəmənin yeni sədri olacaq. Uğurlar olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol