İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Prezidentin digər sərəncamı ilə İnam Kərimov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.
"AzPolitika.info" İ.Kərimovun dosyesini təqdim edir:
İnam İmdad oğlu Kərimov 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Bakı şəhərində Humanitar Fənlər Gimnaziyasında təhsil alıb.
O, 1994-1995-ci illərdə ABŞ-nin İndiana ştatında “Richmond High School”da təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub.
İ.Kərimov 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sarbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.
O, 2013-cü ildə Sorbonna Universitetində hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi alıb.
2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub.
2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.
Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə kənd təsərrüfatı naziri təyin olunub.
Sədr ingilis, fransız, fars və rus dillərini bilir.
Evlidir, iki övladı var.
***
İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilib. Milli Məclisdə onun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirə edilib.
İnam Kərimovun özünün də iştirak etdiyi iclasda məsələ barədə parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
O bildirib ki, gündəliyə İnam İmdad oğlu Kərimovun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı məsələ daxil edilib.
Əli Hüseynli İnam Kərimovun yüksək hüquqi təhsilə Azərbaycanın və Avropanın aparıcı universitetlərində yiyələnməsi barədə məlumat verib, onun hüquqşünas alim kimi elmi fəaliyyətindən və dövlətçiliyə xidmətlərindən danışıb.
Məsələ müzakirəyə çıxarılaraq qəbul edilib.

Şərhlər
Unuvesal kadrlar. Maşallah bu beş üç nəfər var ikən Azərbaycanda kadr qıtlığı heç vaxt yaşanmaz.
İnam Kerimovun “Asan xidmeti” yaratması ve fğzgğn fealiyyet göstermesini ölke vetendaşkarı tesdiq ede biler.Kend teserrüfatı naziri kimi ise onun fealiyyetinşn nece olduğunu bu sahede çalışan fermer ve mütexessisler tesdiq ede biler bu insan korrupsitadan uzaq tek tek kadrlardsndur.Bunu men istenilen şexse isbat ede bilerem.
Bir şeyi başa düşəmmədim:hüquqşünas necə olub ki kənd təsərrüfatı naziri olub?Kənd təsərrüfatının hüquqla nə əlaqəsi var?
İnam Kərimovu səmimi qəlbdən təbrik edirəm . Ona bu məsuliyyətli və şərəfli işində uğurlar arzu edirəm !
ALLAH xeyir versin
Uğurlu olsun.
İnam Kərimova bu cətin və şərəfli işdə uğurlar arzulayırıq. İnanırıq ki dövlətimizin, xalqımızın inamını doğruldacaq.