Aprelin 5-də İran parlamentinin 210 fars deputatı bəyanat qəbul edərək İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyib. Onlar yenə hədlərini aşaraq İranın Xarici İşlər Nazirliyini bununla bağlı diplomatik "tədbirlər görməyə" səsləyiblər.
Bu barədə İRNA agentliyi məlumat yayıb.
"AzPolitika.info" xəbər verir ki, İslam dəyərlərinə açıq hörmətsizlik edən, məscidlərdə donuz saxlayan erməniləri qoruyan fars rejiminin deputatları Azərbaycanın İsraildə səfirlik açmasından narahat olub. Hətta utanmadan Azərbaycan hökumətinin bu qərarını "İslam dünyasının maraqlarına zidd hərəkət" kimi təqdim edib.
Bununla da kifayətlənməyən fars rejiminin deputatları Azərbaycan hökumətinə qarşı yenidən təhdid dilindən istifadə ediblər. Azərbaycan Respublikasının İsraildə səfirlik açmasının "bir çox mənfi siyasi nəticələri olacağı" iddia edilib...
"AzPolitika.info"

Şərhlər
Iran sefirini reddeliyin olkeden. Serhedleri de baglayim. Narkotik gelmesin
Qonşudu deyə xətrinə dəyməyib otuz il idi İsraildə səfirliyimizi açmırdıq.Elə ki başından böyük qələtlər edib oturan yerindən yuxarı tullanmağa çalışdı,dedik madam ki adam kimi hərəkətimizi anlayammadın onda al gəldi,bu da sənə İsraildə səfirliyimiz.Dəli oldu,hoppandı düşdü,amma nə xeyri,ox yayından çıxdı artıq.İndi də Məclis bəyanat verir.Elə isə bu bəyanata da ən gözəl cavabımız o olar ki,iran səfirini “persona non qrata” elan edib ölkəsinə yola salaq.Vəssalam.Madam ki sizdə bizim səfirliyimiz çalışmır,demək ki bizdə də sizin səfirliyiniz çalışmamalıdır.Vallah,belə etsək bu bəyanat üçün heç gözləmədikləri tərs bir şapalaq olar farslara.
Allah bu farsların belini qırsın. Şərəfsizlərin istəkləri inşallah qursaqlarında qalacaq!
Görəsən Tehranda səfirliyimizə terror hadisəsindən sonra iranın səfirini geri göndərməyə tam haqqımız olduğu halda iran səfirliyini bu günəcən də bağlamağımıza nə mane olur?Əlaqələr üçünmü lazımdır?Əlaqə qaldımı ki?İranda olub bitənləri bilməyimiz üçünmü?Ermənistanda bineyi-qədimdən səfirliyimiz yoxdu,orada kimin nə paxlava yediyini bilmirikmi yerli-yataqlı?Elə isə niyə bağlamırıq?Axı çox diplomatik tərzdə bunu edə bilərik və etməliyik də.Məsəla,”Tehranda səfirliyimizə hücumdan sonra asayişi qorumaq üçün ehtiyat tədbiri kimi iran səfirliyinin müvəqqəti bağlanmasını zəruri hesab edirik”.Vəssalam.Nə şiş yanar,nə kabab.İranın da buna sözü olmaz,dünya da bizi anlayar.Etməli olduğumuz hərəkət budur çünki,ona görə kimsə bir söz deyəmməz.Amma etmirik və təbii ki iran da qorxduğumuzu hesab edib bir az da irəli gedir.Və bu cür donqili bəyanatlar verib hoqqabazlıq etməklə erməniyə və onu dəstəkləyən xristian dövlətlərinə yarınmağa çalışır.
yazıqlar hūrməkdən yorulmadılar...