Menu

Bakı-Şamaxı yolunda sürət həddi endirilib

06.04.2023, 15:51
Bakı-Şamaxı yolunda sürət həddi endirilib

Bakı-Şamaxı yolunun paytaxtın inzibati ərazisinə düşən hissəsində yol nişanları quraşdırılaraq maksimum sürət həddi 70 km/saatdan 60 km/saat-a endirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi xəbər verir.

"Bu dəyişiklik yol hərəkəti təhlükəsizliyi səviyyəsini qaldırmaqla bərabər, sürücülərdə çaşqınlıq yaranmamasına və lüzumsuz cərimələrdən yayınmalarına səbəb olacaq. Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik", - deyə agentlik bəyan edib.

Şərhlər

t.ədalət 2023-04-06 21:10:50

Sürət həddini aşağı salmaq qəzalara və lüzumsuz cərimələrə şərait yaradacaq.Çünki sürücülər yolda sürət həddinin endirilməsinə çox gec vərdiş edəcəklər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol