"ÖZÜNÜ MÜTRÜB KİMİ APARAN ABUTALIBOV..." - Deputat onun villalarının fotolarını paylaşdı + FOTOLAR

Milli Məclisin deputatı Etibar Əliyev özünün "facebook" səhifəsində Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbaba Abutalıbovun villalarının fotolarını paylaşıb.

"AzPolitika.info" millət vəkilinin qeydlərini təqdim edir: "Milli Məclisin dünənki plenar iclasında seçicilərimin Suraxanı rayonunun ərazisinin 4 nəfər tərəfindən zəbt olunması barədə etdikləri kollektiv müraciətləri əsasında bu haqda çıxış etdim. Bunlardan biri də 5 il bu rayonunun icra başçısı işləmiş Hacıbala Abutalıbovdur. Özünü mütrüb kimi göstərən bu şəxsin illərlə bağlı qalan 2-cə villasına diqqət edin. Bunlardan biri Qaraçuxur qəsəbəsinin Rafiq Alıcanov küçəsində, digəri "Şərq" yaşayış massivində yerləşir. Görün, nə qədər ərazini zəbt edib. Seçildiyim Qaraçuxur və Yeni Günəşlidə uşaq bağçası, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün internat evinə ciddi ehtiyac var. 

Körpə balaları qarlı-yağışlı günlərdə başqa ərazilərdəki bağçalara və internatlara aparırlar. Əgər Hacıbala müəllimin vicdanı olsa, qapısını açmadığı ona məxsus bu əzəmətli villaları uşaqların ixtiyarına verər və bu, Allaha da xoş gedər. Əks təqdirdə, hökumətin bu işə qarışması vacibdir. Çünki adını çəkdiyim digər 3 şəxs və Hacıbala Abutalıbov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Suraxanı rayonundakı hektarlarla ərazini qanunsuz zəbt ediblər". 

Deputat qeyd edib ki, hələlik Abutalıbovun yalnız 2 villasının fotoları təqdim olunub.

"AzPolitika.info"

635x100

Şərhlər

Osmanov 2023-05-14 15:50:11

Bütün yüksək vəzifəlilərin ad soyadları və milliyyəti mütləq araşdrılmalıdır.Belə soyğunçuluğu öz millətinə heç kim.heç yerdə yapmaz!BUnlar təmiz əsilli azərbaycanlı deyillər.BU mənimsəmə,talan və soyğunçuluğa son qoyulmlı və qanunsuz,öz məvacibi hesabına tikilməsi mümkün olmayamnlar əllərindn alınmalı,(xaricdəkilər daxil olmaqla.)

dadaşyev 2023-04-11 01:22:04

Aaaa!Bunlara doğru söz deyəndə inciyirlər ki.Başıma xeyir.A balam,sizlər Millət Nəclisinin deputatlarısınız,Ali Qanunvericilik orqanısınız.Qanunları qadağaları siz verirsiniz.Hər hansı təşkilat,MMC filan işini düzgün görməyəndə Məclisə çağırtıb hesabat tələb etməli deyilsinizmi?Filan qiyməti niyə qaldırırsınız,filan işi niyə düzgün görmürsünüz deyə.O təşkilat da qanunverici orqan qarşısında hesabat verməyə borclu deyilmi?Hərhansı təşkilat,MMC filan yəni bizim Milli Məclisdən,qanunlardan üstündürmü?Keçən yayda bir neçə millətvəkili AZAL-ın fantastik qiymətlərindən odlu-alovlu danışdı.Noldu sonu?AZAL qiymətləri endirdimi ki susdunuz?AZAL-ı Məclisə dəvət edib hesabat verməyini tələb etdinizmi?Elə o aydaca millətvəkillərinin maaşları iki dəfəyə yaxın qalxdı,onunla da AZAL məsələsi bitmədimi?Sizlər artmış maaşlarınızla yenə də xarici ölkələrə uçmaqda davam etdiniz,amma millət necə?Uça bildimi?Sərhədlərin açılmasıyla bağlı məsələ qaldırdı millətvəkilləri.Noldu,açıldımı?Açılmadısa niyə susdunuz?Yəni o boyda Milli Məclis yalnız yol hərəkəti qaydalarını tənzimləmək işləri üçün,mopedlərə nömrə nişanı taxmaq üçünmü yığılır?Yol hərəkəti qaydalarını sadəcə Baş Dövlət Yol Polisi İdarəsi də tənzimləyə bilməzmi?Yol hərəkəti qaydaları üçün,moped və skuterlərə nömrə nişanı taxmaq üçün bir də o qədər millətvəkilinə zəhmət verib iclas üçün toplamağa ehtiyac varmı?A balam,oturmusunuz daa möhtəşəm villalarınızda.İstirahətinizi edin.Vam eto nado?

məmmədyarovun villası yandı... 2023-04-10 22:12:59

eh... elmar məmmədyarovun şüvəlanda bir villası var ki..... hacıbalanın villası mammedyarovun villasının yanında kasıb daxması kimi görünür...

Dadaşev-lərə 2023-04-10 13:43:20

Guya bilmirsinizki,YAP vəzifəliləri villalar.evlər tikiəndə YAP-ın ayiq məmurları yuxulayır.Amma kasıb həyətində tualet tikəndə bu məmurlar qartal sifətilə hücümda olurlar.İna görə cavab verik görək belə məmurlar villalar tikəndə dövlətin nəzarət orqanları harada olublar.Milləti bu qeyri millət nümayəndələri əzəndə niyə hakimiyyətin gözü kor olut?Sanki bu olan olaylar onların gözü önündə baş vermir..Hacıbala kimi kritini vəzifəyə təyin etməklə onun fırıldaqlar etməyə imkan verənlər nə düşünürdülər?

Veteran 2023-04-10 09:29:48

Bura uçaq baxçasının yeridirsə, qapılarını qırıb,UŞAQLARIN ixtiyarına veremək lazımdır.Vəssalam. Qərar -zad lazım deyil.

Haclı-ya 2023-04-10 08:30:51

Hacı sən deyən torpaq həqiətən hamıya çatır ki, o da qəbritanlıqdadı r və o səənə də çatacaq.Ancaq söhbət bu dünyada insanların özünə yaşam qurmaq istədiləri torpaqdan gedir ki, onu da YAP-ın yaramaz.qeyri milliləri zəhmətkeşlərin əlindən alıblar və alırlar.Bir az bu dünyaya gəlin.

Etibar bəy 2023-04-09 16:34:55

Etibar bəy.hansı ağılla belə yaramazları İcra başçısı qoyublar?Niyə bundan yazmırsınız?Əgər mərdliyiniz varsa bir az da ölkədəki minlərlə təsadüfi adamları yüksək vəziyəyə təyin edən.sonra illətlə millətə əziyyət verdikdən sonra işdən yaramazlıqlarına görə çıxarılan,həbs olunan YAP-çılardan da yazın.Bu zaman Sizin ciddi olduğunuza inam yaranar.Yoxsa...

Dadaşev-ə 2023-04-09 16:27:54

Abutalıbov vəzifədə olanda da dəfələrlə və çoxlu sayda Prezidentə,Prezident aparatına və digər distansiyalata Abutalıbovun qanunsuz əməlləri və özbaşınalığı barədə müraciətlər olunub.Ancaq bu müraciətlərə baxan,ortaya çıxaran nəənsə olmayıb.İndi sə bu qanunsuz əməllərin nəticələrini diqqətə çıxaranda niyə Sizin kimiləri yazıq milləti təqsurləndirirsiniz ?..

Elmira 2023-04-09 09:03:11

Abutalıbov və onun kimilər insan deyillər! Şeytandırlar! Və ona və başqa məmurlara " vicdanı olsa..." demək - sadəlövdür! Vicdan onlarda nə gəzir???

Haci Seyyid Azer Aga 2023-04-09 02:19:01

Torpaq coxdur narahat olma hamiya Torpaq catacaq Hacibala muellim Yetimlerin Atasi idi Kasiblsrin himayadari idi bugunde el tutur komek edir hamiya Men subut ede bilerem Hormetle Haci Seyyid Azer Aga Mir Movsum Aganin neslinden 077 500 3111 buda menim nomrem

t.ədalət 2023-04-09 01:06:05

Hacıbala Abutalıbovun da bir tərəfinin erməniu olduğu deyilir.Deyilənə görə Türkmənistanda anadan olub.Orda da ...Ona görə də onun cinayətləri ört-basdır edilir.

Yetmalı 2023-04-08 23:38:59

Komanda verilib?Başlayın!

dadaşyev 2023-04-08 21:58:07

Əşi qurtarın da toydan sonra nağara çalmağı.Abutalıbov Bakının meri olanda bilmirdinmi nələr edir?Lap Vasif Talıbov nağıllarına oxşadı.Adam nə qədər ki Naxçıvanın böyüyüydü,birinin duxu çatmırdı desin o nələr edir.Elə ki vəzifəsindən alındı,məlum oldu ki 27 il ərzində nələr edirmiş.Ona görə də nə mənası var indi bu sözlərin?O villalar tikiləndə millət görmürdümü kimin villasıdı,kim üçün tikilir?Bir millət vəkili kimi gəlib baxardınız,millətin səsini eşidərdiniz və Milli Məclisdə məsələ qaldırardınız.İndi isə arxadan atılan daş topuğa dəyməz.Millət belə dedi-qodulardan bezib,a kişi.Millətin əsəbləriylə az oynayın.Dolamısınızmı milləti?Sözünüz varsa,hər hansı məmur vəzifədəykən özünüzdə cəsarət tapıb o məmur dövlət malını çalıb çaparkən deyin,sonradan qeybətini eləməyin.

Sabir 2023-04-08 20:53:39

Hansı; ağılla belə gici vəzifəyə gətirivb 20 il bəsləyiblət. Belə kadr seçimi edən iqtidardə da ölkə belə ağır günə düşməsi təbiidir

Roma 2023-04-08 19:29:28

Hörmətli, deputat Etibar Əliyev, yazırsınız ki, "Əgər Hacıbala müəllimin vicdanı olsa, qapısını açmadığı ona məxsus bu əzəmətli villaları uşaqların ixtiyarına verər və bu, Allaha da xoş gedər."...Gəlin belə işləri nə vicdanın nə də Ulu Tanrının ümidinə buraxaq. Siz deputatsınız və Qanunla da bu işlərin tənzimlənməsini düşünün, Hacıbala Abutalıbov kimisi şah kimi yaşayır, ondan dəfələrlə savadlı, qabiliyyətli, vətənpərvər biriləri necə deyərlər acından günorta durur...

Eli 2023-04-08 19:17:38

Bu ölkede gülmeli işler var deyirem vallah.Ay hörmetli Etibar bey bu sade xalq bu meselen hell ede bilmez.Siz bu faktları qoyun müfaviq orqan ve hüquq mühafize orqanlarının qarşısında ve ardıcıl iş aparın bu meseleler öz hellini tapana kimi .Özü de tek Abutalı ova qarşı yox diger iriçaplı memurlara qarşı , onda millet Size ve deputatlara deyer esl Millet Vekilleri yoxsa bu olacaq şexsi qerezlik ve ta hesab çürütme

Azər 2023-04-08 18:35:09

Biabirciliq Bütün günü haqq-ədalət dən danışırdı Müsadirə olunmalıdır

Türk 2023-04-08 16:58:50

BUNLAR BU ÖLKƏNİ 30 İLDİR ÇAPIB TALAYIRLAR

Son yazılar