“Cənubi Qafqazda böyük müharibə alovlana bilər” – Qərb mediası İran-Azərbaycan qarşıdurmasından yazır

“Azərbaycan və Ermənistan arasında uzun müddətdir ki, davam edən Qarabağ münaqişəsi Cənubi Qafqaz boyunca heyrətamiz dini, etnik və geosiyasi partnyorluqlar yaradıb. Şiə ruhanilərin rəhbərlik etdiyi İran xristian Ermənistanına həyati iqtisadi dəstək verib, Türkiyə isə Azərbaycanı dəstəkləyib”.

“AzPolitika.info” “Azadlıq” radiosuna istinadla xəbər verir ki, bu fikirləri ABŞ-da “Texas A&M” Universiteti Buş Hökumət və İctimai Xidmət məktəbinin dosenti, “Dini Dövlətçilik: İranda İslam siyasəti” kitabının müəllifi Məhəmməd Ayətüllahi Təbəər “Foreign Affairs” məcmuəsində yazıb.

Müəllif bildirir ki, üç onillik ərzində maraqlı görünsə də ümumən təhlükəsiz olan bu konfiqurasiyanı Azərbaycanın 44 günlük müharibədə Ermənistan üzərində qələbə qazanması dəyişib. Onun fikrincə bu qələbə region oyunçuları arasında çoxdan gizli qalan gərginlikləri üzə çıxarıb. Təbəər qeyd edir ki, bütün bunlar Ermənistanın əsas dəstəkçisi olan Rusiyanın başının Ukrayna müharibəsinə qarışdığı bir vaxtda baş verir.

Məqalədə deyilir ki, İran 44 günlük müharibədən qalib çıxan Azərbaycanın İsraillə münasibətlərinin dərinləşməsi İran rejimini narahat edir. Tehran İsrailin Azərbaycan ərazilərindən də onun üzərinə hücum edə biləcəyindən narahatdır. Üstəlik də bu arada Türkiyənin İsraillə münasibətlərinin istiləşməsi Tehranı narahat edir.

Məqalədə deyilir ki, Azərbaycanın Ermənistanla müharibədəki qələbəsində İsraildən aldığı silashların da rolu olub. 2016-cı ildən bəri Azərbaycan silahlarının 70 faizini İsraildən alıb. İsrail isə neftə tələbatının 40 faizini Azərbaycandan alır.

Müəllif yazır ki, İranı narahat edən digər bir məsələ Azərbaycan və Naxçıvan arasında dəhlizin açılması perspektividir. Bakı belə bir dəhlizi İrəvanın istəyindən asılı olmayaraq açacağını bəyan edib.

Tehranın qənaətinə görə belə bir dəhliz İran və Ermənistan arasında sərhədi ləğv edə bilər. Buna görə də, belə bir dəyişiklik cəhdinə qüarşı müqavimət göstərirlər.

Təbəər xatırladır ki, ötən iyulda İranın ali rəhbəri ayətüllah Əli Xameneyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bu barədə danışaraq, İranla Ermənistan arasındakı kommunikasiya marşrutunun guya, “minillərlə tarixi” olduğunu iddia edib.

Məqalədə deyilir ki, son iki ildə İranın nizami ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi manevrlər keçirib. Buna cavab olaraq Azərbaycan və Türkiyə də birgə hərbi təlimlər keçiriblər.

Təbəərin İranda Azərbaycanda olduğundan daha çox Azərbaycan türkünün yaşadığını da qeyd edir. Azərbaycan türklərinin İranın tarix və iqtisadiyyatında, 1905 və 1979-cu il inqilabları da daxil mərkəzi rol oynadığını vurğulayıb.

Məqalədə deyilir ki, bir çox azərbaycanlılar “Böyük Azərbaycan” dedikdə Arazın hər iki tayını nəzərdə tuturlar və bu ərazinin vaxtilə Rusiya və İran arasında ədalətsiz bölüşdürüldütyünü bildiritrlər.

Müəllifin firkincə Bakı İrana bağlı təxribatçıları həbs edir və Tehranı Azərbaycanı “livanlaşdırmaq” cəhdində günahlandırır. Tehran buna cavab olaraq Azərbaycanı İranı “balkanlaşdırmaq” cəhdlərində ittiham edir.

Müəllif daha sonra son zamanlar iki ölkə arasında gərginliyi artırmış məsələləri – Bakının iddiasına görə İİKK tərəfindən İran və Suriyada təlim keçmiş silahlı qrup üzvlərinin həbslərini, Azərbaycanın Tehrandakı səfirliyinə hücumu, martın 28-də Azərbaycanda “anti-İran” mövqeyi ilə tanınan millət vəkilinə sui-qəsdi və Azərbaycanın Tel - Əvivdə səfirlik açmasını yada salır.

Təbəər bunu da yada salır ki, Prezident İlham Əliyev ötən payızda etdiyi bir çıxışda İrandakı Azərbaycan türklərinin hüquqlarından danışmışdı. Ötən noyabrda Azərbaycan televiziyasının verdiyi bir xəbərdə deyilirdi ki, sürgündə olan Güney Azərbaycan türkləri Azərbaycan Milli Məclisinin üzvləri ilə görüşərək Güney Azərbaycanın keçid parlamentinin təşkilini müzakirə ediblər.

Öz növbəsində İran mediası və şərhçiləri “İran Naxçıvan Xalq Hərəkatı” adlı qrupdan söz salmış və iddia ediblər ki, bu qrup Cənubi Qafqazda NATO və Türkiyənin artan təsirindən narahatdır

Müəllif düşünür ki, Azərbaycan və Ermənistan arasında gərginlik artır və yeni müharibə təqdirində İran Ermənistana daha güclü dəstək verə bilər.

Məhəmməd Təbəərin fikrincə, mümkün ssenarilərdən biri də İranın Azərbaycan ərazisində İsrailə aid obyektlərin olduğunu iddia edərək, onlara raket və dron zərbələri endirməsi ola bilər. Tehran bundan əvvəl İsrailin İraqın kürdlər yaşayan rayonlarındakı “strateji mərkəzlərinə” belə zərbələr endirib. Ancaq belə mərkəzlərin olması qətiyyətlə təkzib edilib.

Məqalədə deyilir ki, İranın hər hansı təxribatına cavab olaraq Azərbaycan, İsrail və Türkiyə Güney Azərbaycanda türklərin üsyanını alovlanladıra bilərlər. Bu isə öz növbəsində İranla Azərbaycana arasında birbaşa hərbi toqquşmalara yol aça bilər.

Müəllif yazır ki, indilik bu ssenari sırf hipotetik görünür. Bununla belə onun fikrincə, Cəbuni Qafqazda münaqişə təhlükəsi qalır və onun böhrana çevriləcəyi təqdirdə Birləşmiş Ştatlar və NATO Azərbaycan, İsrail və Türkiyənin tərəfində bu münaqişəyə sürüklənə, Moskva isə Tehranla daha sıx hərbi partnyorluğa can ata, nəticədə Qərblə Rusiya arasında Cənubi Qafqazdan keçən yeni çat xətti yarana bilər.

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət 2023-04-11 14:44:55

Rusiyanın tətiklədiyi qarşıdurmanı Sayın Ərdoğan əngəlləyəcək.Heç bir müharibə olmayacaq.İranla müharibə baş verərsə qazanan Rusiya və ermənistan olacaq.

Son yazılar