Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tikinti işləri ilə bağlı açıqlamasında bildirilib.
Məlumata görə, hazırlıqlar çərçivəsində aparılan quraşdırma işləri səbəbindən bu gün gecə saat 23:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti ilə kəsişməsindən Zərifə Əliyevə küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyatın hərəkətinə bağlanacaq.
BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.


Şərhlər
Bu saat respublikamıza hava və su kimi son dərəcə lazım olan yeganə bir şey varsa o da Formula yarışıdı.Bu həm də keçən onillikdən --- yeyib içib kef çəkmək dekadasından qalma yeganə xoş xatirədir,xatırladır o şən,qayğısız Avroviziya,İlk Avropa Oyunları,İslam Oyunları dövrlərini,Fransa yollarına asfalt döşəmək və muzeylərini remont eləmək günlərini,5 milyard dollara “Xəzər adaları” proyekti və Zığdan Bayıla dəniz üzərindən asma körpü arzusu günlərini,qədim bir binanın bircə metr sürüşdürülməsinə 5 milyon manat verdiyimiz və sair və ilaxır günlərimizi.Hamısı yox oldu getdi,heç bir işə yaramadı o cür gözəl əməllərimiz.Bir tək Formula qalıb o gözəlim şən-qayğısız dekadamızdan xatirə,o maşınlar qıjhaqıj,şırthaşırt,vıyhavıy şütüdükcə adam kövrəlir,ah çəkir ki “Ah necə kef çəkməli əyyam idi”.Bir tək İbrahim Nehrəmliyə heç bir zaloqu-filanı olmadan 480 milyon manat kredit verilmişdi o gözəlim dekadada.Yəni yarım milyard manat.Özü də manat da manatıydı haa o dövrdə,1 dollar 78 qəpik idi.Yeyən yeyənə,qapan qapana,çapan çapanaydı.Kimdən almısan,necə almısan,hardan almısan deyə soruşan, maraqlanan,nəzarət eləyən yox idi.Ona görə qoy bu əsrin sonuna qədər Formula yarışı keçirilsin bizdə.Bəlkə ayağı düşərli ola,yenə yeyib içmək dövrlərimiz gələ.
Belə avara yarışları istəmirik.Heyif ora xərclənən pullardan.
Lənət olsun!