XANKƏNDİNDƏKİ ERMƏNİLƏRİN “TƏCİLİ MÜZAKİRƏ” İSTƏYİ – Bakının reaksiyası nə olacaq?

“Qarabağ separatçılarının görüşlə bağlı Bakıya “təklif” göndərməsi hiyləgər gedişdir”.

“AzPolitika.info” xəbər verir ki, politoloq Elxan Şahinoğlu Qarabağdakı qondarma separatçı rejim rəhbərliyinin Rusiya sülhməramlılarının vasitəçiliyi ilə onların qərargahında Azərbaycan nümayəndələləri ilə görüş təklifini şərh edərkən bildirib.

Təhlilçi xatırladır ki, Azərbaycan Prezident Administrasiyası separatçılara Bakıda görüşməyi təklif emişdi, qəbul etmədilər, təklif təkrarlandı, yenə gəlmədilər. Onun sözlərinə görə, rəsmi Bakının bu təşəbbüsləri beynəlxalq aləmdə müsbət qarşılandı, Azərbaycan hakimiyyətinin Qarabağ erməniləri ilə dialoq tərəfdarı olduğu fikrini gücləndirdi. “Dialoq müstəvisində üstünlüyün rəsmi Bakının tərəfinə keçdiyini anlayan və görüşlərdən imtina edən separatçılar bu vəziyyətdən çıxmaq üçün qarşılıqlı təkliflə çıxış ediblər: “Humanitar mövzuların müzakirəsi üçün Rusiya sülhməramlılarının dislokasiya olunduğu Qarabağ ərazisində görüşək”. Separatçılar bu “təkliflə” həm özlərini dialoqa hazır olan tərəf kimi göstərməyə çalışır, həm də görüşün Rusiyanın vasitəçiliyi ilə keçirilməsini istəməklə Moskvanın dəstəyini qazanmağa ümid edirlər”, - o vurğuylayıb.

E.Şahinoğlu xatırladır ki, Bakıda görüş təklifində Rusiya sülhməramlılarının iştirakı nəzərdə tutulmamışdı. Onun sözlərinə görə, separatçılar isə yeni “təklifləriylə” Moskvaya mesaj göndərirlər ki, “Bakı rusiyalı sülhməramlıların vasitəçiliyini istəmədiyi halda, biz bu vasitəçilikdə israr edirik”.

Erməni separatçılarının dialoq “təklifinə” necə reaksiya verilə bilər?

Ekspert bir neçə məqamı qeyd edir: “Əvvəla, Azərbaycan təmsilçiləri rusiyalı sülhməramlıların vasitəçiliyi ilə ermənilərlə bir neçə dəfə Qarabağ ərazisində görüşüblər, növbəti görüşün Bakıda keçirilməsi təklifi qüvvədə qalır. Hər dəfə separatçıların dediyi olmayacaq, bizim təklifimizi qəbul etmirlərsə, biz niyə onların təklifini qəbul etməliyik? Digər tərəfdən, separatçılar görüşdə “humanitar məsələlərin” müzakirəsini istəyirlərsə, biz onlarla reinteqrasiya mövzularını müzakirə etməkdə israrlıyıq. Onlar bu mövzunu müzakirə etmək istəmirlərsə, biz niyə onların istədiyi məsələləri müzakirə etməliyik?

İkinci reaksiya bundan ibarət ola bilər ki, rusiyalı sülhməramlıların dislokasiya yeri olan Xocalıda yenə ermənilərlə görüş mümkündür. Danışıqlarda nəticə olmasa belə, biz bununla beynəlxalq aləmə ermənilərlə dialoqdan imtina etmədiyimizi göstərərik. Qarabağın tamamı Azərbaycana aiddir, istənilən yerdə görüş mümkündür. Həmin görüşdə növbəti təmasın Bakıda keçirilməsi təklif olunmalı, bu dəfə də imtina edərlərsə, bunun dialoqun dayandırılacağı anlamına gəldiyi ermənilərə bildirilməlidir”.

Vaqif NƏSİBOV

“AzPolitika.info”

635x100

Şərhlər

Roma 2023-04-11 19:52:34

Görəsən erməni hiylədən başqa nəyə qadirdir: yalan, talan, qəsb, oğurluq, yaltağlığ və s.. bu tipli sözlər, əməllər erməniyə xasdır...

korrektor 2023-04-11 19:01:41

karapet ancaq şillə-qapazı anlayır, gücü qiymətləndirir!

B.Qarabağlı 2023-04-11 18:16:13

Qarabağ erməniləri nə istəyirlər, buyursunlar!? Ancaq, ilk növbədə DQMV sovetinin separat *Miatsum!* şüarının müəlliflərinin, etnik terrorla16 min azərbaycanlını yox etmiş, üç yüz mindən azərbaycanlı ailəsinin DQMV və ətraf rayonlardan hərbi terrora (soyqırıma) məruz qoyanların adlarını versinlər!

Roma 2023-04-11 17:34:42

Görəsən erməni hiylədən başqa nəyə qadirdir: yalan, talan, qəsb, oğurluq, yaltağlığ və s.. bu tipli sözlər, əməllər erməniyə xasdır...

Son yazılar