Azərbaycanla hərbi əməliyyatlar gedən günlərdə yüksək rütbəli zabitlərin özlərinin panika yaratdığı hallar olub.
APA Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə “Hökumət saatı”nda çıxışı zamanı deyib.
O, ordu sıralarında “beşinci kolon”un olduğunu təkrarlayıb.
“44 günlük müharibə ilə bağlı açılan cinayət işlərinin bir hissəsi komandirlərin ağır nəticələrə səbəb olan məsuliyyətsizliyi, digərləri isə onların birbaşa sabotajı ilə bağlıdır”.
O, komandirlərə qanunsuz addımlar atmağa icazə vermədiyini, bəzi komandirlərin digər yerlərdən bu barədə göstəriş aldıqlarını iddia edib.
Müharibə ilə bağlı yaradılmış parlament komissiyasının sədri Andranik Koçaryana müraciət edən Paşinyan bütün satqınlıq və sabotaj hallarının üzə çıxarılacağına ümidini ifadə edib.


Şərhlər
Bu konflikde İran ve Etmenistan bir dövlet kimi böyük ehtimalka maksimium zeiflemeli,İran şse bir dövlet kimi çökmelidir.Dünya bu gün Rusiya ve İranın bşr dövlet kimi parçalanması üçün seferbey olubdur.Eks teqdirde Avrooanı böyük felaketler gözleyir.Ona göre ABŞ bu gün ara qatsa da mecburdyr ki hem Avropanın ,hem de İsrailn yanında olsun.Mence SSRİ/ ni çökdüren gücler bu işin de öhdesinden gelerler.