"Əgər Ermənistan Moskvanın müttəfiqi olduğunu deyirsə, o zaman Rusiyanın Ukraynadakı xüsusi əməliyyatında iştirak etməlidir”. Bu sözləri Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fyodorov deyib.
O qeyd edib ki, İrəvan mütləq KTMT-nin layihələrində daha fəal iştirak etməlidir.
“Ermənistan bunu etmir, bununla belə nələrsə tələb edir. Deməli, bizim bu ölkə ilə münasibətlər sistemimiz düzgün deyil”, - deyə Fyodorov vurğulayıb.
Qeyd edək ki, 2023-cü ilin yanvarında Ermənistan baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) respublika ərazisində hərbi təlimlərinin keçirilməsini yersiz adlandırıb. Onun sözlərinə görə, İrəvan KTMT ilə müttəfiqlik münasibətlərini institusional əsaslar üzərində qurmaq istəyir.
“Lakin təşkilatın məsuliyyət sahəsinin harada olduğu bildirilmədikdə bu, Ermənistan üçün fundamental problem yaradır”, - deyə o qeyd edib.
Eyni zamanda Ermənistan ABŞ-nin Avropadakı Ordu Komandanlığının təşkil etdiyi iki təlimdə iştirak etməyi planlaşdırır ki, bunlar KFOR (“Kosovo qüvvələri”) və “Saber Junction” (“Çarpaz qılınclar”) təlimləridir.
Mənbə: NEWS.ru


Şərhlər
Şair Hüseyn Arifin belə bi şeiri vardır, "Bədəl olmaram", məğzi belə idi ki, uşağ vaxtı dirədöymə oyununda uşağlar 2 dəstəyə bölünürdülər və oyunun qaydalarına görə, dəstələr biri-birinə güc tətbiq edirdilər. Aramızda bir Bədəl deyiləni vardı ki, baxardı hansı dəstə nisbətən güclü idisə özünü o dəstəyə verirdi...İndi ermənistan da Bədəl kimi, qırağda durub baxır, hansı tərəf güc gələcəksə özünü o tərəfə verəcəkdir, ona görə də indidən 50 havaya oynayır, uzundərəyə də, mirzəyiyə də...