Menu

Putin “riskli” qərar qəbul etdi – Bu tanklardan Ukraynada istifadə olunmağa başlayıb

25.04.2023, 16:14
Putin “riskli” qərar qəbul etdi – Bu tanklardan Ukraynada istifadə olunmağa başlayıb

Rusiya Prezidenti Vladimir Putin kəşfiyyat məlumatlarında “riskli” kimi xarakterizə edilən addım atıb.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın yeni T-14 “Armata” döyüş tankı Ukraynada istifadə olunmağa başlayıb. Eyni xəbərdə tankların hələ də birbaşa hücum əməliyyatlarında iştirak etmədiyi bildirilib.

Qeyd edək ki, “Armata” tankı ilk dəfə 2015-ci ildə təqdim edilib. Rusiya mətbuatının yazdığına görə, Kreml 2020-ci ilə qədər 2300 tank istehsal etməyi əmr edib, lakin sonradan bu tarix 2025-ci ilə qədər uzadılıb.

Xatırladaq ki, Böyük Britaniyanın kəşfiyyat mənbələrində bildirilib ki, Rusiya qüvvələri aşağı keyfiyyətli olduğu üçün T-14 “Armata” döyüş tanklarını istifadə etmək istəmir. Məlumatda qeyd olunub ki, T-14 tanklarının mühərriki və termal görüntü sistemləri ilə bağlı problemlər olub.

“AzPolitika.info”

Şərhlər

Miqran Ruslanov 2023-04-25 23:25:54

Bu reklamasiya Kremllə Ağ evin *Müharibə bitib!* sövdələşməsindən siqnal deyilmi?

Turan 2023-04-25 17:54:18

O hansı ki Kremlin qabağında mühərriki sönən tankdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol