Menu

“Biz təkliflərimizi göndərmədik, çünki danışıqlar planlaşdırılır" - Armen Qriqoryan

28.04.2023, 16:24
“Biz təkliflərimizi göndərmədik, çünki danışıqlar planlaşdırılır"  - Armen Qriqoryan

“Müzakirələr gedir, yaxın vaxtlarda danışıqlar gözlənilir”. 

“AzPolitika.info” xəbər verir ki, bunu aprelin 28-də Cermuxda jurnalistlərə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Ermənistanın 40 gündən artıqdır ki, sülh müqaviləsi ilə bağlı öz təkliflərini göndərməməsi barədə Azərbaycanın bəyanatına münasibət bildirən Qriqoryan bunun normak olduğunu iddia edib. 

“Biz təkliflərimizi göndərmədik, çünki danışıqlar planlaşdırılır" - deyə, Qriqoryan yenə anlaşılmaz açıqlama verib. 

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol