Menu

İsrail parlamentinin 32 deputatından Güney Azərbaycan müraciəti – XİN-dən dəstək istədilər

28.04.2023, 18:54
İsrail parlamentinin 32 deputatından Güney Azərbaycan müraciəti – XİN-dən dəstək istədilər

İsrail parlamentinin - Knessetin üzvləri Güney Azərbaycanın müstəqilliyi uğrunda hərəkata beynəlxalq dəstək verilməsi xahişi ilə ölkənin Xarici İşlər Nazirliyinə müraciət ediblər.

“AzPolitika.info” xəbər verir ki, rəsmi müraciətə 32 deputat – Knessetin bütün üzvlərinin dörddə biri imza atıb. Onlar İsrail Xarici İşlər Nazirliyindən İran müxalifətinə və Tehranın cənubi azərbaycanlılara qarşı repressiv addımlarının güclənməsinə diqqət yetirməyi xahiş ediblər.

"Bu, İranda sayı 20 milyondan çox olan ən böyük millətdir. Rejim mədəni soyqırım siyasəti yürüdür, azərbaycanlıların təhsil almaq və irsini ötürmək, Azərbaycan dilni öyrətmək və hətta uşaqlarını qeydiyyata almaq hüquqlarını məhdudlaşdırır”, - deputatların müraciətində vurğulanır.

İsrail mediası bəyanat müəlliflərinin tərkibinə diqqət yetirir. Onların üçdə biri parlamentin ultra-dini fraksiyalarının nümayəndələridir ki, onlar nadir hallarda beynəlxalq siyasətlə maraqlanırlar.

Məktubu dini blokun fəal əleyhdarları – “Bizim evimiz İsrail” partiyasının nümayəndələri və onun keçmiş lideri Aviqdor Liberman da imzalayıb.

İsrail İranı və onun hakim rejimini bütün Yaxın Şərq üçün ciddi təhlükə hesab edir. Xarici İşlər Nazirliyinə ünvanlanan bəyanatı imzalayan Knesset üzvləri beynəlxalq dəstək nəticəsində Güney Azərbaycanda milli hərəkatın Tehrana ciddi zərbə vuracağına inanırlar.

İlin əvvəlində Azərbaycan ilk dəfə olaraq İsrailə Muxtar Məmmədovu səfir təyin edib. Azərbaycan hökuməti ötən ilin noyabrında Təl-Əvivdə səfirliyin açılması barədə qərar qəbul edib.

İsrail və Azərbaycan 30 ildən artıqdır ki, əməkdaşlığı inkişaf etdirirlər, lakin xüsusilə son vaxtlar əlaqələr intensivləşib. İsrail diplomatları Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyirlər.

Azərbaycan nefti İsrailin ümumi neft idxalının təxminən 40%-ni təşkil edir. Bundan əlavə, Azərbaycan İranla birbaşa həmsərhəd olduğundan ölkələr arasında ziddiyyətlərin kəskinləşəcəyi təqdirdə mümkün hərbi müttəfiq kimi İsrail üçün vacibdir.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2023-04-28 20:03:49

Yaşa İsrail!Sən həqiqətən qardaş ölkəsən!Yüz milyonlarla ərəblər sənə baxıb gözlərinə su versinlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol