Menu

“Ukraynaya F-16-lar və “ATACMS” raketləri verilməlidir” - Demokratlar Baydenə təzyiqi artırır

29.04.2023, 11:58
“Ukraynaya F-16-lar və “ATACMS” raketləri verilməlidir” - Demokratlar Baydenə təzyiqi artırır

ABŞ-ın Demokratlar Partiyasının üzvləri Prezident Co Baydenə F-16 qırıcıları və uzaqmənzilli “ATACMS” raketlərinin Ukraynaya göndərilməsinə razılıq verməsi üçün təzyiq edirlər.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The Hill” nəşri məlumat yayıb.

Məlumata görə, Demokratlar Rusiyanın Ukraynada mülki obyektləri hədəf almasından və Ukraynanın bu hucumlara cavab vermək üçün döyüş imkanlarının məhdud olmasından məyusluqlarını ifadə ediblər.

Nəşr qeyd edir ki, Ağ Evin daha öncə “M1 Abrams” tanklarının Ukraynaya təhvil verilməsi ilə bağlı qərarı, digər silah sistemlərinin də tədarükünü mümkün edir.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnatın sözlərinə görə, Ukraynanın MiQ-29 təyyarələrinə ehtiyac olsa da, onlar hava üstünlüyü əldə etmək iqtidarında deyil.

“F-16-dan fərqli olaraq, onlar bizə texniki üstünlük vermirlər. Həmçinin düşmən təyyarələri say baxımından bizdən bir neçə dəfə üstündür”,-deyə o, bildirib.

Xarici işlər naziri Dmitri Kuleba da öz növbəsində qeyd edir ki, F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi Qərbin narahatlıq duyduğu eskalasiyaya səbəb olmayacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol