Menu

“Ermənistanın mina terrorizmi müharibənin başqa vasitələrlə davamıdır” - Hikmət Hacıyev

29.04.2023, 16:14
“Ermənistanın mina terrorizmi müharibənin başqa vasitələrlə davamıdır” - Hikmət Hacıyev

Ermənilərin Azərbaycan xalqına qarşı qəsdən törətdiyi mina terrorizmi müharibənin başqa vasitələrlə davam etdirilməsidir,- Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz Tvitter hesabında yazıb.

"Ermənistanın Azərbaycan xalqına qarşı qəsdən mina terroru müharibənin başqa vasitələrlə davamıdır. Dünən 3 nəfər humanitar minalardan təmizləmə operatoru Ermənistanın basdırdığı "gizli ölüm toxumu"nun qurbanı olub, -Hacıyev qeyd edib.

O, öz yazısına sapyorların tank əleyhinə minanın partlaması nəticəsində dağılmış xidməti maşınının qalıqlarına dair foto əlavə edib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol