Menu

Kür-Bakı magistral su kəmərində qəza baş verib - Yolu su basıb

02.05.2023, 10:36
Kür-Bakı magistral su kəmərində qəza baş verib - Yolu su basıb

Kür-Bakı magistral su kəmərində qəza baş verib, yolu su basıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verməsi nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri suçəkmə və digər lazımi təhlükəsizlik tədbirlərinin görülməsi üçün dərhal əraziyə cəlb olunub.

Şərhlər

Roma 2023-05-02 11:11:30

Azərsuya təcili milyonlar ayrılmalıdır ki, "gələcək qəzaları qabağlasınlar", Anar Cəbrayıllı kimi mətbuat xidməti rəisinin fikri önəmlidir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol