Menu

Fransada etirazlar böyüyür – İlk gündə 200 mülki vətəndaş, 406 polis yaralanıb

02.05.2023, 21:11
Fransada etirazlar böyüyür – İlk gündə 200 mülki vətəndaş, 406 polis yaralanıb

Fransada 1 May - Əmək və Həmrəylik Günündə mübahisəli pensiya islahatına qarşı keçirilən ümummilli nümayişlər zamanı 200 mülki şəxs və fəal, həmçinin 406 polis əməkdaşı xəsarət alıb.

“AzPolitika.info” xəbər verir ki, ötən gün Fransanın bir çox şəhərində, o cümlədən paytaxt Paris, Lil, Tuluza, Lion, Nant, Renn və Marseldə pensiya yaşının 2 il uzadılmasını nəzərdə tutan islahat əleyhinə kütləvi nümayişlər keçirilib.

Məlumata görə, yaralananlardan 30-nun vəziyyəti ağırdır.

“Street-Medics Observatory” xəstəxanasından bildirilib ki, yaralıların sayının daha da artacağı gözlənilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol