“Hüseyniyun” terror qruplaşmasının qondarma rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədov bir həftəlik “həbs”dən sonra azadlığa buraxılıb və Qumda İran mollasının qəbulunda olublar.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Qum şəhərinin ayətullahı Samsamuddin Qavami “Tvitter” hesabından paylaşım edib.

Qavami həmin paylaşımda bunları yazıb: “Hüseyniyun” “liderləri” Tohid İbrahimbəyli və Orxan Məhəmmədov ilə görüşdüyümə, onların başına gələn problemi həll etdiyimə görə çox sevindim. Bu iki əziz şəxs bir neçə ildir ki, Fiqhul-Ədərə Həğirə kursunda iştirak etmiş və bu mövzuları ətraflı şəkildə başa düşdüklərini göstərmişlər. Mən həmişə onların yalvarışları olmuşam”.
Xatırladaq ki, molla rejiminə bağlı terrorçu “Hüseyniyyun” (Hüseynçilər-red.) qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədov bir neçə gün öncə İranın Qum şəhərində saxlanılmışdılar.
“AzPolitika.info”
****
“Hüseyniyun” terror təşkilatının “rəhbərləri” “Sepah”ın işə qarışması nəticəsində sərbəst buraxılıblar.
“AzPolitika.info” xəbər verir ki, bu barədə rəsmi “İran” qəzetinin anti-Azərbaycan mövqeyi ilə bilinən jurnalisti Məhəmməd Mütləq “Tvitter” hesabında paylaşım edib.
Paylaşımda bildirilir:“Hüseyniyun” rəhbərləri “Sepah”ın işə qarışması nəticəsində həbsdən çıxarılıblar və evə buraxılıblar. Bu iki “dəyərli insanın” ən əsas problemi həddən artıq iranlı olmalarıdır. Onlar İranın təəssübünü bizdən çox çəkirlər”.
Xatırladaq ki, molla rejiminə bağlı terrorçu “Hüseyniyyun” (Hüseynçilər-red.) qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədov bir neçə gün öncə İranın Qum şəhərində saxlanılıblar.
Son günlər bir sıra yerli mətbu orqanlarda bu iki şəxsin İran-Azərbaycan münasibətlərinin normallaşması adına Azərbaycana ekstradisiya ediləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Ancaq görünən odur ki, İran rejimi ikitərəfli münasibətlərin normallşmasında o qədər də maraqlı deyil, bu iki şəxsin həbsi isə sadəcə gözdən pərdə asmaq üçün ortaya atılan, saxta xoş niyyəti təcəssüm etdirən oyundan ibarət imiş.
Onu da bildirək ki, Orxan Məmmədov və Tohid İbrahimbəyli barəsində Azərbaycanda “dövlətə xəyanət” və “terrorçuluq” maddələriylə cinayət işi açılıb və axtarışdadırlar. Azərbaycan tərəfi daha öncə bir neçə dəfə rəsmi formada İrana müraciət edərək, sözügedən terror təşkilatının üzvlərinin ölkəmizə ekstradisiyasını tələb etmişdi.
"MOUZE" telegram kanalının hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, fars rejimi terrorçuları Azərbaycana verməkdən imtina edib və sərbəst buraxıb.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən bir müddət əvvəl yayılan rəsmi məlumatda qeyd olunurdu ki, aparılan araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında “WhatsApp” tətbiqində yaradılmış qapalı qruplar ifşa edilib. Məlum olub ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycan Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilib. Tohid İbrahimbəyli və Orxan Məmmədov Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən rəsmi olaraq beynəlxalq axtarışa veriliblər.
“AzPolitika.info”

Şərhlər
Toy gecəsi Məşdibad Gülnazın yanına girəndə “ya Allah” deyib açar deşiyindən baxan yekə arvad var haa,Məşdibadın yengəsi,bax o soldakı yekəni elə bildim odur.Sonra gördüm yoox,bunun başında tirmə şal yoxdu.
Eybəcər lap öküze oxşayır
Iblis balalarını heç vaxt cəzalandırmaz, çūnki onları yetişdirməkdə əmək çəkib vəsait xərcləyib.
Dediyiniz müsalmançılığı , dini ( İslamı yox ) bu sifətlər qoruyursa vay insanlığın halına , sifətlərindən şərəfsizlik yağan bu məxluqlara qulluq edənlərdə elə bunların tayıdır ,bunlar ancaq dünyaya əxlaqsızlıq ,narkotik riyakarlıqdan tutmuş ən pis işlərin yayılmasına xidmət edirlər
Bizim ən böyük bədbəxtliyimiz ondadı ki,qonşularımız .....Ağlı başında olan hər kəs bilirdi ki,onları qətiyyən ekstradisiya etməyəcəklər,sadəcə,ona görə tutmuşdular ki,biz tələb edək,onlar da azad etsinlər və beləcə daha bir cılız hərəkətiylə özünün bir dövlət kimi varlığını xatırlatsın.Adama deyərlər,bax nolsun yəni?Bu nə uşaq hərəkətidi?Niyə tutmuşdun,niyə buraxdın?İllərlə yağla-balla-qaymaqla bəsləyib terrorçu etdiyin gədə-güdəni nifrət etdiyin Azərbaycana vermək bir yana,heç həbsdə saxlayacaqdınmı ki?Görərsən həyətdə oynayan uşaqlardan birisi gedib evdən top gətirər,o biri uşaqlar deyər gəl futbol oynayaq,o isə topu sinəsinə sıxıb dilini göstərər,deyər “atam bunu mənə alıb”,sonra da aparar topu evə.Lap bu da ona oxşadı.
Siz ne gozleyirdiniz? Iranin adlanan o ... yuvasinin varligi musteqil Azerbaycan Respublikasi ucun tehdiddir, bunu her bir Azerbaycan vetendasi anlamali.........
İslamda inqilab eden onun qorunmasında xüsusi xidmetleri olan Peyğember övladı müqeddes İmam Hüseynşn adından gör nece şerefsizler sui istifade edib dini hörmetden salurlar.İmamın Ceddi Sizin kökünğzü kessin.Emmameli şerefsizde “Иранский» aş yeye yeye partlayacaw nefsinin qurbanı olacaq.