Məlum olduğu kimi, ötən gecə guya Ukrayna PUA-ları vasitəsilə Rusiya Prezidenti Vladimir Putinin Kremldəki iqamətgahına zərbə endirməyə cəhd göstərildiyi barədə məlumat və videogörüntülər yayılıb. Ukrayna tərəfi bunun rəsmi Kiyevə heç bir aidiyyatı olmadığını bəyan etsə də, artıq Moskvada “qisas alınmasına” dair çağırışlar eşidilməkdədir.
“AzPolitika.info” xəbər verir ki, Rusiya Dumasının deputatı Mixail Şeremet “Kremlə hücuma” cavab olaraq, Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevdəki iqamətgahına raket zərbəsi endirilməsinə çağırıb: “Artıq Zelenskinin Kiyevdəki iqamətgahına zərbə endirilməsinin vaxtı çatıb. Koordinatları verməyə hazıram – Bankovaya küçəsi 11”.
Məlumat üçün bildirək ki, M.Şeremet Dumada işğal altındakı Krım yarımadasını “təmsil edir”.
Qeyd edək ki, rəsmi Moskva artıq bu “hücuma” cavab veriləcəyini bəyan edib: “Rusiya lazım bildiyi vaxtda və yerdə Ukraynanın Kremlə zərbə endirmək cəhdinə cavab vermək hüququnu özündə saxlayır”.
“AzPolitika.info”


Şərhlər
Kiyevdəki nasist rejimini və amerikan tulalarını məhv etmək vaxtıdır