Menu

“Ukrayna NATO-nun 33-cü üzvü olmalıdır” - Zelenski

04.05.2023, 00:30
“Ukrayna NATO-nun 33-cü üzvü olmalıdır” - Zelenski

“Ukrayna Finlandiya və İsveçdən sonra NATO-nun 33-cü üzvü olmalıdır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Finlandiya xalqını alyansa qoşulması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ümid edirəm ki, İsveç NATO-ya üzv olmaq prosesini ən qısa zamanda başa çatdıracaq. Sizinlə (Finlandiya və İsveç – red.) birlikdə NATO 32 iştirakçı ölkədən ibarət olacaq. Ukrayna 33-cü NATO üzvü ola bilər və olmalıdır da”, - o, Helsinkidə Şimali Avropa ölkələrinin hökumət başçıları ilə birgə mətbuat konfransında bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol