Kiyevi Vladimir Putinə sui-qəsdə cəhddə ittiham edən Rusiya üzərində “Moskva üçün” yazılı pilotsuz uçuş aparatlarını (PUA) Ukraynaya göndərib.
“AzPolitika.info” xəbər verir ki, qəzəbli Putin Kiyevə partlayıcılarla dolu 24 “Şahed” dronu və Qara dəniz üzərindən Odessaya 15 kamikadze PUA-sı göndərib.
Nəticədə bu gecə 40-a yaxın PUA cəbhə xəttindən kilometrlərlə uzaqda yerləşən Ukrayna şəhərlərini atəşə tutub. Raket zərbələrindən sonra Ukraynanın cənubundakı Nikopol şəhərində 11 ev dağılıb, 32 mülki vətəndaş yaralanıb.
Ukraynanın Xerson şəhəri də PUA və aviasiya vasitələri ilə hücuma məruz qalıb.
Nəticədə 23 nəfər həlak olub, 46 nəfər yaralanıb və bildirilib ki, xəsarət alanlardan 2-si uşaqdır.
Məlumatda qeyd edilib ki, şəhərdə mülki binalar arasında dağıntılar da olub və ümumilikdə, 84 nəfər təxliyə edilib.
“AzPolitika.info”

Şərhlər