Menu

Azər Hüseynbala “Gündəlik Teleqraf”dan gedib

14.11.2013, 16:42
Azər Hüseynbala “Gündəlik Teleqraf”dan gedib

“Gündəlik Teleqraf” yaranandan həmin qəzetdə çalışan Azər Hüseynbala işdən gedib. 2012-ci ildən çıxan qəzetdə əvvəlcə baş redaktorun birinci müavini olan Azər Hüseynbala son vaxtlar redaktor postu tuturdu. Noyabrın 13-də o, öz istəyi ilə redaksiyadan ayrılıb.

1962-ci ilin aprelində Şəkidə doğulan Azər Hüseynbala Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Azadlıq”, “Yeni Müsavat”, “Gündəlik Azərbaycan” qəzetlərində, “525-ci qəzet”də, “Media forum” saytında, “Trend” agentliyində, başqa media quruluşlarında çalışıb. “Şans” və “Hürriyyət” qəzetlərinin baş redaktoru olub.(Media Forum)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol