ABŞ Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FSB) aid olduğu bilinən 20 illik casus proqram şəbəkəsinin məhv edildiyini açıqlayıb.
“AzPolitika.info” xəbər verir ki, ABŞ Ədliyyə Departamentinin açıqlamasına görə, Rusiya 2004-cü ildən “İlan” adlı xüsusi proqramdan istifadə edərək, 50 ölkədə virusa yoluxmuş yüzlərlə kompüterdən gizli məlumatlar ələ keçirib.
Qeyd edilib ki, bu əməliyyat sayəsində zərərli proqramların yayılması üçün istifadə edilən virtual infrastruktur sıradan çıxarılıb və bu, sözügedən proqram təminatının təkrar istifadəsini xeyli çətinləşdirəcək.
“AzPolitika.info”


Şərhlər