Sosial şəbəkələrdə Rusiyanın Baxmutdakı hərbi qüvvələrinin mövqelərini tərk edərək, geri çəkildiklərini əks etdirən yeni video yayılıb.
“AzPolitika.info” xəbər verir ki, sözügedən video məhz 9 may - Qələbə Günündə paylaşılıb.
Paylaşılan görüntülərə əsasən, Rusiyanın Baxmutdakı 72-ci briqadasının qüvvələri Ukraynanın 3-cü hücum briqadası tərəfindən sıxışdırıldıqdan sonra cəbhənin şərq istiqamətinə doğru qaçmağa başlayıblar. Ukrayna qüvvələrinin açıq sahədə sürətlə irəlilədiyini əks etdirən kadrlarda rus əsgərlərinin hərbi nəqliyyat vasitələrinin tükəndiyi görünür.

Ukrayna tərəfi iddia edir ki, bu döyüşlər zamanı 64 rus hərbçisi məhv edilib, daha 87 nəfər isə yaralanıb.
Ukraynanın əfsanəvi “Azov” alayının keçmiş lideri, polkovnik Andrey Biletski Baxmutda rus ordusunun xeyli sayda hərbi texnika və canlı qüvə itirdiyini bildirib: “Bu hücum eni 3 kilometr və dərinliyi 2,6 kilometr olan ərazidə aparılıb. Rusiyanın 72-ci briqadasının 6-cı və 8-ci rotaları tamamilə məhv edilib. Briqadanın kəşfiyyat qüvvələri məğlubiyyətə uğrayıb. Eyni zamanda, düşmənin xeyli sayda BMP-si zərərsizləşdirilib, çoxlu sayda əsir götürülüb”.
“AzPolitika.info”

Şərhlər