Menu

ERMƏNİSTAN SQ-nin TEXNİKASI və MİNAATAN HEYƏTİ BELƏ MƏHV EDİLDİ - VİDEOLAR

13.05.2023, 00:02
ERMƏNİSTAN SQ-nin TEXNİKASI və MİNAATAN HEYƏTİ BELƏ MƏHV EDİLDİ - VİDEOLAR

Azərbaycan Ordusunun dəqiq artilleriya zərbələri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin (SQ) Basarkeçər rayonundakı avtomobil texnikası və minaatan heyətinin məhv edilməsinin görüntüləri yayılıb.

“Report” xəbər verir ki, bu görüntüləri “Calibr” nəşri yayıb.

Birinci videoda düşmənin “KamAZ” markalı yük maşınına dəqiq zərbə göstərilir. Qeyd olunub ki, zərbə zamanı düşmənin canlı qüvvəsi yük maşınında olub.

İkinci videoda isə Azərbaycan Ordusu Ermənistan SQ-nin minaatan heyətini dəqiq zərbə ilə məhv edir.

<

Şərhlər

Vetendash 2023-05-13 01:12:35

Elleriniz derd gormesin! Var olun!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol