“Paşinyanın mayın 9-da Moskvada keçirilən paradda iştirakı göstərir ki, İrəvanda nə deyilməsindən asılı olmyaraq, Ermənistanın Rusiyadan institusional asılılığı aradan qalxmayıb. Bu asılılığın əsası 90-cı illərin ortalarından qoyulub. Azərbaycana qarşı təcavüzkar və işğalçılıq siyasətini dəstəklədiyinə görə Ermənistan Rusiyanın xeyrinə öz suverenliyindən könüllü imtina edib və bu ötən əsrin tarixidir. “Arsaxsız Ermənistan olmayacaq” saxta postulatı Ermənistanın Rusiyadan asılılığını saxlamaq üçün ideoloji əsas təşkil edir”.
“AzPolitika.info” xəbər verir ki, politoloq Fərhad Məmmədov Ermənistan-Rusiya münasibətlərinin hazırki səviyyəsini, habelə İrəvanın sülh danışıqlarında destruktiv mövqeyinin səbəblərini şərh edərkən bildirib.
“Danışıqların dinamikası “X saatını” – qərar qəbul etmə anını yaxınlaşdırır. Paşinyanın 2020-ci il noyabrın 10-dan sonrakı strategiyası danışıqları dalana dirəmək, qərarın qəbulu anını qeyri-müəyyən müddətə təxirə salmaq, prosesə daha çox vasitəçi cəlb etməkdən ibarətdir. Belə demək mümkündürsə, qərar qəbul etməyə gedərkən, əsas mövzularda qeyri-müəyyənlik elementi yaradaraq seçkilərdən sonra Azərbaycan və Türkiyə münasibətlərində ziddiyyətlərin yaranmasını gözləmək yolu seçib”, - təhlilçi qeyd edib.

F.Məmmədov qeyd edir ki, Paşinyan bir növ bunu əldə etməyi bacarıb:“Türkiyədə seçkilər öncəsi heç bir qərar verilməyib - Paşinyanın əsas ümidi Ərdoğanın məğlub olmasıdır. Bu strategiyanın həyata keçirilməsi üçün Ermənistan şərti sərhəddə strateji yüksəklikləri itirib, Qarabağda subyektivliyi hər rüb azalır, Ermənistanın təhlükəsizliyi gözləmə rejimindədir. Bu müddət ərzində Azərbaycan bütün danışıqlar platformalarında Ermənistanı sıxışdırıb. Əgər ötən ilin dekabrında Ermənistanın xarici işlər naziri Laçın yolunda ekoaksiyaya görə üçtərəfli formatda bir günlük görüş üçün Moskvaya getməkdən imtina etmişdisə, şərti sərhəddə keçid məntəqəsi qurulduqdan sonra - may ayında o, ikitərəfli formatda dörd günlük danışıqlar üçün Vaşinqtona gəlmişdi. Bu iki il yarım ərzində Azərbaycan nə Ermənistanın, nə də Rusiya sülhməramlılarının Qarabağda rahatlaşmasına imkan vermir. Azərbaycan tərəfinin atdığı addımlar “Vardanyan layihəsi”ni, hətta Rusiya sülhməramlılarının başına general-polkovnikin gətirilməsini mənasız etdi”.
Politoloq əlavə edir ki, ABŞ və Aİ-nin təmsil olunduğu Qərb nümayiş etdirir ki, onlar prosesə ciddi yanaşır və nəticə əldə etməyə çalışırlar: “ABŞ-da aparılan danışıqlar hansı mövzularda fikir ayrılıqlarının olması ilə bağlı aydın təsəvvür yaradıb. Diplomatiyada həll üçün üç variantdan istifadə olunur:
- qarşılıqlı kompromislər;
- yan təzyiq;
- həssas mövzuları gələcəyə buraxın və problem yaratmayan mövzularda razılaşın.
Düşünürəm ki, hər üç variantdan istifadə etməyə cəhd ediləcək, lakin Azərbaycan Qarabağ məsələsində güzəştə getməyə hazırlaşmır, anklavlar məsələsində isə Ermənistan rəhbərliyi sona qədər müqavimət göstərəcək. Liderlərin özləri də başa düşürlər ki, həm Rusiyada, həm də Qərbdə vasitəçilər hərəkətə keçəcək və çox şey birbaşa görüşlərdə həll olunacaq”.
Belə bir şəraitdə Azərbaycan və Ermənistan liderləri nə edir?
F.Məmmədov bildirir ki, Prezident İlham Əliyev bu həftə Qarabağda infrastrukturun açılışında, qəsəbələrin salınmasında iştirak edib, Paşinyan isə Nemesis terrorçularına abidə açır, Moskvaya uçur və öz mediası vasitəsilə Azərbaycan prezidentin 9 may tədbirlərində iştirak etməməsindən istifadə etməyə çalışır, bunu Rusiyaya qarşı qeyri-dost hərəkət kimi təqdim edir.

“Azərbaycan danışıqların dinamikasından diskomfort hiss etmir, çünki bütün formatlarda gündəliyi Bakı özü təklif edib. Azərbaycanın milli maraqlara zidd olan təkliflərlə razılaşmamaq və təzyiqləri neytrallaşdırmaq imkanı var, Ermənistan rəhbərliyi isə yayınmaq məcburiyyətindədir, çünki hər iki formatda təzyiq real (Rusiya) və virtual (Qərb) təhlükəsizlik qarantları tərəfindən həyata keçirilir”, - ekspert qeyd edib.
F.Məmmədovun sözlərinə görə, Qərb Azərbaycana qarşı təcavüzkar siyasətin dəstəklənməsi kontekstində Rusiyanı əvəz etmək fikrində olmadığını Paşinyan hökumətinə açıq şəkildə bildirib: “Qərblə Rusiya arasında ən böyük fərq budur və buna səbəb olan da Azərbaycan oldu. Paşinyanın formatlar arasında manevrlər etməsi və danışıqları dalana dirəmək üçün Rusiya ilə Qərb arasında münaqişədən istifadə etmək cəhdi, vasitəçilərdə inamını itirməsinə gətirəcək. Eyni zamanda Azərbaycanın “yerdə” hərəkətləri də bu amili gücləndirəcək. Beləliklə, Ermənistanın mövqeyini daha da gərginləşdirir”.
Rasim
“AzPolitika.info”

Şərhlər
Dadaşyevin şerhi çox mentiqlidit ve çox güman ki,tarixi deqiq araşdırıb o dediyi kimi Türkiyye ve Turana turmalı ve ona kimi ağıllı xarici siyaset kursunı hetata keçirib ayaq üste qalmağı bacarmalıyıq.Bizim geleceyimlz ancaq Türkiyye ve Turanla birlikde olmaqdadır.
Çox məntiqli şərh,tam razıyam.
Bizimlə ermənistan arasında heç vaxt sülh müqaviləsi imzalanmayacaq,çünki bunu NATO həll edərsə Rusiya sərhəddə qatı-qutu salacaq,Rusiya həll edərsə NATO və bu illərlə davam edəcək.Əslində hamı bilir ki,erməni məsələsi deyilən şey süni qabardılmış bir məsələdir,toqquşma yaradılır,ardınca bir tərəfdən NATO,digər tərəfdən Rusiya bunu yoluna qoymaq üçün qol çırmayır.Kim buna nail olarsa Cənubi Qafqaza sonunda o sahiblənmiş olacaq.Bax bütün məsələ,bütün hay-küy bunun üstündədir,Qafqaza sahiblənməyin üstündə.Ermənistan da,Qarabağ da vasitədir bu yolda.Gürcüstanı qızışdıraraq Qafqaza sahiblənmək istəyən NATO 2008-də Rusiyanın Abxaziya və Osetiyanı ələ keçirməsilə tərs şillə aldıqdan sonra Ukraynadan yapışdı,bu səfər onu qızışdıraraq Rusiya ilə müharibəyə nail oldu ki,Rusiyanı Ukraynadan sıxışdırıb çıxartsın.Eyni zamanda Qafqazdan da Rusiyanı sıxışdırıb çıxarmağı düşünür,o üzdən ermənistan terror dövləti olan iranla cici-bacı olmasına baxmayaraq onu bağrına basır,çünki ermənistanda rus bazaları var.Əgər Qərb onu yox bizi dəstəklərsə bu zaman ermənistan dördəlli Rusiyanın qucağına atılar,nəticədə rus öz bazalarını ermənistandan çəkməz və beləcə NATO-nun Qafqaza sahiblənmək xülyası yox olar.Amma ermənistanı dəstəklədiyi üçündür ki,ermənilər çaşıb qalıblar,xalqın yarıdan çoxu artıq rusdan üz döndərib,Qərbə meyllənib.Yaxşı,tutaq ki ABŞ,Fransa-filan rusun əvəzində Qafqaza girdi,ondan bizə nə xeyir olacaq?Kardeşim,o zaman xeyir nədi,fəlakət olacaq.Ermənini təpədən dırnağa silahlandırıb Qafqazı barıt çəlləyinə döndərəcəklər,Azərbaycanı da İraqın-Suriyanın gününə ki,neftimizi-qazımızı su qiymətinə daşısınlar,necə ki bu gün İraqdan-Suriyadan daşıyırlar.O üzdən bizə nə Rusiya,nə ABŞ,nə Fransa xeyir gətirməz,biz Türkiyə ilə birlikdə üzümüzü qəti olaraq Asiyaya,türk dövlətlərinə,Uzaq Şərqə tutmalıyıq.Və danışıqlardan birdəfəlik əl çəkməliyik,sözümüz də bu olmalıdır ki,terror dövləti olan iranla canbir qəlb olan ermənistanla bizi sülh masasına nə deyib dəvət edirsiniz?Terror dövlətinin müttəfiqiylə bizim nə danışığımız ola bilər?Terrorçunun dostu terrorçu olmazmı?Əvvəl ermənistanı irandan ayırın,bilək ki onun dostu terror dövləti deyil,sonra baxarıq danışıqlar məsələsinə.