"BİRİLƏRİ MƏTBƏXDƏ, BİZ BALKONDAYIQ..." - Ərdoğanın balkon çıxışı + VİDEO

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 95,4 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,42 faiz səslə öndədir. Ərdoğan Ədalət və İnkişaf Partiyası Baş qərargahının balkonundan xalqa müraciət edib.

“Seçkilərin nəticələri bilinməsə də, çox irəlidə olduğumuzu söyləyə bilərəm. Biriləri mətbəxdə, biz balkondayıq” - deyə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  bildirib.

O, Türkiyədə demokratiya bayramının tamamlandığını vurğulayıb.

“Türkiyə bu seçkilərlə qabaqcıl demokratik ölkələrlə bir sırada yer tutduğunu bir daha sübuta yetirib”, - Ərdoğan əlavə edib.

"Bu seçkilərdə vəzifələrini layiqincə yerinə yetirən hər kəsə təşəkkür edirəm. Üstəlik, öz gələcəyi üçün seçiklərdə rekord sayda iştirak edən ölkə vətəndaşlarımıza minnətdaram. Bu seçkilərdə qazanan tərəf ölkəmiz və xalqımız olub", - o vurğuylayıb.

Onun sözlərinə görə, bu gün Türkiyədə keçirilən seçkilərin bənzəri yoxdur: "Şükürlər olsun ki, heç bir acı hadisə yaşanmadan seçkiləri tamamladıq. CHP rəhbərləri və bəzi bələdiyyə sədrlərinin öz maraqlarını güdmələri bu gərçəkləri dəyişmir. Ölkəmiz seçki sisteminin güvənliliyi baxımından dünyaya örnək ola bilər. Heç kimin bunu öz siyasi ambisiyaları üçün pozmağa haqqı yoxdur. Biz hər zaman milli iradənin seçiminə hörmət etmişik və bundan sonra da hörmət edəcəyik".

Həmin açıqlamanı təqdim edirik:


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar