CHP-də XAOS BAŞLAYIB - Kılıçdaroğlunun müavini istefa verdi + FOTO

Cümhuriyyət Xalq Partiyasının sədr müavini Onursal Adıgözəl istefa verib.

O, istefa ərizəsini özünün “Twitter” hesabında paylaşıb.

“Sədrimiz cənab Kemal Kılıçdaroğlunun seçki prosesinə xələl gətirməmək üçün 2018-ci ildən bəri tutduğum vəzifəmi tərk edirəm”, - deyə istefa ərizəsində qeyd olunub.

Onursal Adıgözəl istefasının səbəblərini açıqlamayıb.

Bu arada Türkiyənin "Sabah" qəzetində dərc olunan məqalədə CHP-də xaos başladığı bildirilir: "14 may prezident seçkilərinin nəticələrinə görə, CHP lideri Kamal Kılıçdaroğlu rəqibi Rəcəb Tayyib Ərdoğandan 4,5 xal geri qalıb. Səs sayına görə prezident Ərdoğanla Kılıçdaroğlu arasındakı fərq təxminən 2,5 milyona bərabərdir. Girdiyi hər seçkidə uduzan Kılıçdaroğlu ətrafına topladığı yerli və xarici ortaqlarla birlikdə növbəti dəfə ağır məğlubiyyətə uğradı".

Məqalədə qeyd olunub ki, seçki prosesi zamanı "yeddili koalisiya" masasından və çıxışlardan istədiyi cavabı ala bilməyən Kılıçdaroğlu koalisiya qrupunu bir arada saxlamaq üçün CHP-liləri hiddətləndirən güzəştlərə gedib. Belə ki, Kamal Kılıçdaroğlu 7 partiyalı koalisiyanın kiçik ortaqları Deva, Gələcək, Saadət və Demokrat Partiyasına verdiyi yerlərlə CHP millət vəkillərinin sayını "gülünc rəqəmlərə" endirib. Bu isə partiya üzvlərinin kəskin etirazına səbəb olub.

0 - 2023-05-15T190110.796.jpg (95 KB)

"Səsləri 0,1 də olmayan kiçik ortaqlara 10-10 mandat paylayan müxalifət sədri mübahisəli simaları CHP siyahılarında namizəd etməkdən də çəkinməyib. Hər fürsətdə hesab uzmanı olduğunu deyən Kamal Kılıçdaroğlu hakimiyyətdə olmaq xatirinə və bir çox fərqli qruplarla iş birliyini davam etdirmək üçün çox sayda adamı vitse-prezident və millət vəkilli postuna gətirəcəyi barədə vədlər verib və bu, CHP-ni qarışdırıb" - "Sabah" yazır.

Məqalədə vurğulanıb ki, 14 may seçkilərində milli iradə CHP-ni klassik səs nisbətinin üzərinə qaldırmadı və CHP payladığı yerlərə görə Türkiyə Böyük Millət Məclisində (TBMM) xüsusi çəkisini itirdi: "Kılıçdaroğlunun payladığı yerlər CHP-ni TBMM-də böyük problemə salıb. Toplam 169 deputatı olsa da, seçkinin nəticələrinə görə, Gələcək, Deva, Səadət və Demokrat Partiyasına payladığı kresloların sayı 36-ya çatıb. Beləliklə, Türkiyə Böyük Millət Məclisində Kılıçdaroğlunun CHP siyasətini dəstəkləyəcək cəmi 133 deputat qalıb".

635x100

Şərhlər

Veteran 2023-05-17 13:31:40

Cox gümanki CHP-də qopmalar artacaq.Təmizlənmə prosesi güclənəcək.Qılıclargədəsi PKK-ASALA ilə birlikdə cəhənnəmə vasil olacaq.

Son yazılar