TALIBOVLARIN TƏNHALIĞI... – Həmkarları da Seymur Talıbovla salamlaşmır + VİDEO

Bu gün keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında keçmiş sədr Vasif Talıbovun oğlu, deputat Seymur Talıbov da iştirak edib.

Xatırladaq ki, vəzifədən getdikdən sonra nə atası, nə də o, Məclisin toplantılarına qatılmayıb. V.Talıbov bu gün keçirilən iclasda da iştirak etməyib. Amma sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, S.Talıbov sessiyanın iclasına qatılıb.

Kadrlardan görünür ki, deputat son model bahalı avtomobilindən düşərək ağır addımlarla Ali Məclis binasının ümumi girişinə doğru addımlayır. Binanın qarşısında dayanmış deputat həmkarları onun gəlişindən təəccüblənsələr də S.Talıbovla salamlaşmırlar. Vasif Talıbovun oğlu da onlara əhəmiyyət verməyərək girişə doğru yönəlir.

Bu mənzərə Talıbovların Naxçıvanda meydan suladığı dövrdən kəskin fərqlənir. O zamanlar Talıbovları nəinki Ali Məclisdə, hətta küçədə belə onlarla vəzifəli şəxs müşaiyət edir, onun qabağına qaçır, əmrlərini yerinə yetirirdilər. İndi isə hətta deputat həmkarları ona əl verib salamlaşmırlar...

S.Talıbovun Ali Məclisin sessiyasında iştirak etməsi isə görünür, məcburi olub. İclasda Məclisə yeni sədr müavini seçilib, bir sıra qanunlara dəyişiklik edilib, habelə millət vəkillərinin maaşları artırılıb.

Rasim

“AzPolitika.info”


635x100

Şərhlər

Kasıb 2023-05-18 16:57:47

100 milyard pulları var. Başqa ölkələri demirəm DUBAYIN yarısını alıblar. Nə hərliyirlər bu milləti,yaxşıca atıblar bizə,indi də öz keflərindədirlər

Camaat 2023-05-17 09:19:54

Belələrini hələ cox pis vəziyyətə salacaqlar.Hələki gəzirlər.

Нахчыванлы 2023-05-17 00:55:11

не плач сеймур- потому, что это закончилось,--улыбнис потому, что это было (к сожелению)

Azərbaycanlı 2023-05-16 19:29:56

запомните господа--за все что совершили не доброе- приходиться расплачиваться той же монетой--не знаю кто уж следить за этим--но следить точно и очен внимательно--получаете то-чего достигли с своим высокомерием и равнодушием--27 леть выщибали из нах.народа в общем то ум-честь. Все кто как то проявлял склонност к уму честь и совести уничтожали изымались и уничтожалис

Roma 2023-05-16 15:07:17

Burada təəccüblü heç nə yoxdur, necə deyərlər, nə tökərsən aşına, o çıxar qaşığına...

Son yazılar