ABŞ-ın UKRAYNAYA YARDIM EDƏ BİLƏCƏYİ SON TARİX AÇIQLANDI - “5 aydan sonra...”

"ABŞ Konqresi tərəfindən təsdiqlənən vəsait qarşıdakı 5 ay ərzində Ukraynaya kömək edə bilər. Biz bu yardımı həmişə eyni səviyyədə saxlaya bilmərik. Ukraynaya mövcud dəstəyimiz daha bir il və ya bəlkə də iki il davam edə bilər. Lakin bundan artıq müddətdə olmayacaq".

“AzPolitika.info” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Financial Times” nəşri Ağ Ev və Qərb rəsmilərinə istinadla məlumat yayıb.

“Financial Times” Qərb rəsmilərinə istinadla yazır ki, Ukraynanı dəstəkləyən Qərb ölkələri 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində Kiyevə hərbi dəstəyin pik həddə çata biləcəyindən narahatdırlar.

FT-yə görə, Vaşinqton Kiyevin əsas hərbi yardım mənbəyidir və ABŞ-dakı nəticəsi qeyri-müəyyən seçkilər Qərbi növbəti il bu yardımların taleyi ilə bağlı qorxuya salıb.

Qərb rəsmiləri ABŞ-dakı seçkilərə qədər olan müddəti Vaşinqtonun Kiyevə verdiyi sonuncu real şans kimi qiymətləndirirlər.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar