PUTİNİN BUNKERİNİN PLANI ORTAYA ÇIXDI – 50 metr dərinlikdə lift, VİP kabinetlər + FOTOLAR

Rusiya Prezidenti Vladimir Putinin Krasnodar diyarının Gelencik buxtasında yerləşən dəbdəbəli imarəti haqda bir sıra yeni təfərrüatlar ortaya çıxıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Ze Cult” adlı bir qrupla əlaqəli olduğunu söyləyən mənbə ABŞ-ın “The Business Insider” nəşrinə müsahibə verib.

“The Business Insider” nəşri sözügedən iqamətgahın çertyojunun fotolarını da dərc edib.

Paylaşılan məlumatlardan sonra milyard dollarlıq bu tikilinin həm də gizli bunker kimi istifadə edildiyi məlum olub.

Nəşr yazır ki, Qara dəniz sahilində yerləşən bu iqamətgahın ərazisi 190 000 kvadrat metrdir.

“Bu dəbdəbəli “qala”nın inşaatçıları, görünür, bir vacib detalı nəzərdən qaçırıblar. Onlar saray kompleksinin altından keçən iki mürəkkəb tunelin planını gizlədə bilməyiblər. Bu məxfi saxlanılmalı olan məlumatlar “RuNet”-də yayımlanıb. Hazırda fəaliyyət göstərməyən rus podratçısı Metro Style bu planı 2010-cu illərin əvvəllərində öz saytında yerləşdirib”,-məlumatda deyilir.

ABŞ nəşrinə müsahibə verən memarlardan biri bildirib ki, tunellərin şəkilləri daha çox layihənin ümumi ideyasını və planını göstərən memarlıq rəsmlərinə bənzəyir.

Bunkerin planına görə, Putinin sarayının altındakı kompleks yerin 50 metr altına enən liftlə birləşən iki ayrı tuneldən ibarətdir.


Memarlıq planları göstərir ki, qalın betondan tikilən bunkerdə kifayət qədər şirin su ehtiyatı və VİP sakinlərin bir neçə gün və ya həftə qala biləcəyi kabinetlər var. 

Bunkerdəki tunellərin nüvə bombası və kimyəvi hücumlara tab gətirə biləcək divarlara sahib olduğunu ehtimal edilir. Çertyojda hava təchizatı üçün altı ayrı ventilyasiya kompleksinin olduğu görünür. Həmçinin, planda kompleksin yaxınlığında lazımi ehtiyatların tunelə çatdırılması üçün istifadə oluna bilən yol da qeyd olunub.

Qeyd edək ki, xarici KİV-lərdə gedən məlumatlara görə, Vladimir Putinin Moskvadan Urala qədər müxtəlif bölgələrdə inşa etdirdiyi geniş bunker şəbəkəsi var. Putinin hələ də Rusiyada yeraltı sığınacaqlar tikməkdə davam etdiyi deyilir. Rusiyada yüksək vəzifəli şəxslər üçün bunkerlərin tikintisinə hələ sovet dövründə başlanıldığı iddia olunur.

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2023-05-18 16:02:45

Rusiyanın bir dövlet ve rusların bir millet kimi faciesi ondadır ki ,tarix boyu bunların Цары ya qeyri rys milleti,ya Eltsin kimi alkaş ,ya da Putin kimi qeddar qaniçen gerizekalı bir faşist olub.Bu adam hele de qanmır ki,Ezrayıl “ müellim “ gelende Pütinden soruşmayacaq harda gizlenmisen,bir kelme deyecek:”Şakal düş qabağıma” ve birbaşa Cehenneme.

Son yazılar