Avropa İttifaqı Rusiyanın 196,6 milyard avro dəyərində dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynaya köçürülməsi planını müzakirə edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti yazıb
Çərşənbə günü rəsmilər “Euroclear”da saxlanılan Rusiyanın aktivlərindən əldə edilən faizlərin bölüşdürülməsi variantlarını araşdırmaq üçün görüşüblər.
Eyni zamanda, bir sıra məmurlar hesab edir ki, “Clearstream”də dondurulmuş Rusiya aktivləri ilə də eyni şeyi etmək olar.
Nəşrin məlumatına görə, Aİ ölkələrinin tətbiq etdiyi sanksiyalar “Euroclear”da 196,6 milyard avroluq Rusiya aktivlərinin dondurulmasına səbəb olub ki, bunun da 180 milyard avrosu Rusiya Mərkəzi Bankının aktivləridir.
Eyni zamanda, bəzi mənbələr bu cür hərəkətlərin hüquqi nəticələrinin nəzərdən keçirilməsinin vacibliyi barədə xəbərdarlıq ediblər.
“AzPolitika.info”


Şərhlər