Leyla Abdullayeva Cümhuriyyət dövrünün maliyyə nazirinin nəvəsi ilə görüşüb - FOTOLAR

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri Əbdüləli bəy Əmircanovun Parisdə yaşayan nəvəsi Alev Sisbü ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə diplomat tviterdə yazıb.

Azərbaycan Demokratik Respublikası dövründə maliyyə naziri, parlamentin üzvü olan Əbdüləli bəy Əmircanovun hazırda Parisdə yaşayan nəvəsi Alev Sisbü ilə çox maraqlı görüşümüz oldu. Azərbaycanımızın müstəqilliyi uğrunda mübarizə aparan bütün soydaşlarımızın ruhu şad olsun!”, - o qeyd edib.

Qeyd edək ki, Alev Ebuzziya Sisbü heykəltəraş, keramika və şüşə dizayneridir. O, 1987-ci ildən bəri Parisdə yaşayır. Onun əsərləri dünyanın ən məşhur muzeylərində sərgilənir.

635x100

Şərhlər

kAZIM 2023-05-27 00:30:37

BU GÜN BU XƏBƏRİN MƏNASI NƏ? BUNUN FRANSA-AZƏRBAYCAN SİYASƏTİNDƏ ROLU VARMI? SƏFİR ÖZ VƏZİFƏLƏRİN BİLRMİ? ÜMUMİYYƏTLƏ NİYƏ TƏSADÜFİ ŞƏXSLƏR SƏFİR TƏYİN EDİLİR? POLAD.AXUNDOVA,LEYLA VƏ SAİRƏLƏRİNƏ KORMUŞKALAR YARADILIR.AMMA ORTADA SƏFİR FƏALİYYƏTİ YOX!

Son yazılar