Menu

Azərbaycanı avrokuboklarda təmsil edəcək son klub bəlli oldu

27.05.2023, 21:25
Azərbaycanı avrokuboklarda təmsil edəcək son klub bəlli oldu

Azərbaycanı növbəti mövsüm avrokuboklarda təmsil edəcək son klub müəyyənləşib. Oxu.Az xəbər verir ki, “Qəbələ” Misli Premyer Liqasında dördüncü yeri tutaraq Konfrans Liqasında oynamaq hüququ qazanıb. “Qırmızı-qaralar” buna 36-cı turda öz meydanında “Kəpəz”lə heç-heçə (1:1) etməklə nail olub.

Xalını 50-yə çatdıran Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv “Zirə” ilə eyni xal toplasa da, şəxsi oyunlardakı üstünlüyə görə dördüncü yeri tutub.

Qeyd edək ki, “Zirə” son turda səfərdə “Sumqayıt”ı məğlub edib - 3:0.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol