PAŞİNYANI DEVİRMƏK ÜÇÜN HƏRƏKAT YARADILDI – “Sülh yoxdur, təhqirlər və sürünən müharibə var”

Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ da daxil olmaqla Azərbaycanın 86.6 min kv.km ərazsini tanıyırıq” bəyanatından sonra onun müxalifətdəki rəqibləri fəallaşır.

Bu gün təsis olunan “Ana Ermənistan” ictimai hərəkatının koordinatoru, politoloq Andranik Tevanyan İrəvanda keçirdiyi mətbuta konfransında bildirib ki, hakimiyyət dəyişikliyinə və növbədənkənar parlament seçkilərinin keçirilməsinə çalışacaq.

Onun sözlərinə görə, hərəkat hazırkı administrasiyanın istefaya getməsinə çalışacaq, çünki onun hakimiyyətdə olması ölkə üçün ekzistensial təhlükələr yaradır. Hakimiyyət getdikdən sonra bir il ərzində növbədənkənar parlament seçkiləri keçirməli olan müvəqqəti hökumət qurulmalıdır. Seçkilərin şəffaflığını təmin etmək üçün isə müvəqqəti Baş nazir növbədənkənar seçkilərdə iştirak etməməlidir.

Keçmiş səfir Dyunik Ağacanyan qeyd edib ki, Qarabağ ətrafındakı vəziyyət təkcə onun üçün deyil, həm də Ermənistan üçün ekzistensial təhlükələr yaradır və Laçın dəhlizinin təslim edilməsindən sonra proseslər daha aydın görünür. “Praqa müqaviləsi (ərazi bütövlüyünün tanınması haqqında - red.) mövcud proseslərə yol açdı”, - o əlavə edib. Ağacanyanın sözlərinə görə, Baş nazirin siyasətinin nəticəsi olaraq Bakı və Ankaranın yeritdiyi siyasəti bəzi Qərb mərkəzləri şüurlu şəkildə təbliğ edirlər, çünki onların məqsədi Rusiyanı regiondan çıxarmaq, İranın rolunu azaltmaqdır. “Ermənistan yeni müharibənin teatrına, maraqlar toqquşmasının mərkəzinə çevrilə bilər. Ermənistanın subyektivliyini bərpa etmək, Qarabağın öz müqəddəratını təyin etmək hüququnun reallaşdırılmasını təmin etmək lazımdır”, - o vurğulayıb.

Politoloq son 5 ildəki vəziyyəti 3 mərhələyə bölüb: 2020-ci ilə qədər, 2020-ci ildən sonra və 2022-ci ildən sonra. Ağacanyan hesab edir ki, məhz sentyabr hadisələrindən sonra xalqın gözü açılmağa başlayıb. O, hakimiyyətin yaxşı bonuslar və yüksək maaşlarla insanlara rüşvət vermək cəhdlərini də diqqətə çatdırıb. “Xalqın qəzəbi var, amma illər keçdikcə partiyalara inamsızlıq yaranlıb, çünki onların məqsədi hakimiyyətə can atmaqdır. Ona görə də yeni yaradılan hərəkat hakimiyyətə gəlməyi qarşısına məqsəd qoymayıb. Hər hansı bir sənədin imzalanmasının qarşısını almaq üçün xalqı ayağa qaldırmaq lazımdır, çünki o, Domokl qılıncı kimi ölkənin üstündən asılacaq”, – Ağacanyan xəbərdarlıq edib.

Təşəbbüs qrupunun üzvü Naira Melikyan hakimiyyətin sülhlə bağlı danışıqlarının boş olduğunu vurğulayıb. “Sülh yoxdur, təhqirlər və sürünən müharibə var, çoxsaylı qurbanlar var, genefond məhv edilir”, - deyə Melikyan qeyd edib. O, xalqa müraciət edərək, əmin-amanlığın olmadığını görməyə çağırıb: “Uşaqlarımızdan top yemi kimi istifadə olunur, depressiya, qorxu toxumu əkilir. Ruh düşkünlüyünü dayandırmaq üçün hakimiyyət dəyişikliyi lazımdır. Sülhə nail olmağın yeganə yolu ordumuzu yenidən təşkil etməkdir”, - deyə o vurğulayıb və əsgər valideynlərini hərəkata qoşulmağa çağırıb.

Politoloq Stepan Danielyan 2018-ci ildə Ermənistanın başına gələnlərin sosial mənşəyinə toxunub. Onun sözlərinə görə, cəmiyyət ədalətsizliyin olduğuna inanırdı, bu da hakimiyyətlə cəmiyyət arasında parçalanma yaradıb: “Seçkilərə inamsızlıq yaranıb. Bu ona gətirib çıxardı ki, bəlkə də kənardan gələn sifarişi yerinə yetirən bəzi şəxslər ədalət tələbinə öncülük edə bildilər və bu, məşhur hadisələrə səbəb oldu. Daxildə nifrət ab-havasını aradan qaldırmaq lazımdır, bu, o zaman mümkündür ki, hamı üçün ədalətli inkişaf dərk edilsin, yalnız bu yolla daxili təhlükələrə qarşı durmaq mümkün olacaq”. Danielyan qeyd edib ki, yol uzun və çətindir. Hərəkatda heç bir korrupsioner yoxdur, Ağacanyandan sonra və deputat Tevanyan istisna olmaqla, heç kim heç bir vəzifə tutmayıb, lakin onların işində hətta korrupsiya riskləri də olmayıb”, - Danielyan izah edib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar