“Taliban” hərəkatının silahlı qüvvələri Əfqanıstan-İran sərhədində yerləşən Herat vilayətinə hərbi texnika toplamağa başlayıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videolar paylaşılıb.

Məlumata görə, “Taliban”ın yüksək rütbəli komandirləri də İranla sərhəddə yollanıblar.


Xatırladaq ki, mayın 27-də İranın Sistan-Bəlucistan əyalətinin Hirmand rayonundakı Sasuli polis məntəqəsi yaxınlığında Taliban sərhəd qüvvələri ilə İran sərhədçiləri arasında silahlı qarşıdurma yaşanıb.

Hadisə zamanı hər iki tərəfdən ölənlərin və yaralananların olduğu bildirilib.

“AzPolitika.info”