İcra başçısının qızı məktəbin ərazilərini icarəyə verdi - Saatı 60 manata... + FOTO/VİDEO

Yeni Yasamalın Ə.Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə dövlət vəsaiti hesabına tikilən idman kompleksi icarəyə verilib.

“Qaynarinfo” xəbər verir ki, məktəbin direktoru Gülnar Qurbanova tərəfindən şagirdlər və kollektivi üçün tikilən idman kompleksi özəlləşdirilərək, adı açıqlanmayan fərdi sahibkara icarəyə verilib.

Kompleks futbol, voleybol və digər idman növləri üzrə fəaliyyət göstərir. 1 saat icarə haqqı 60 manat təşkil edir.

Bununla belə, məktəbin qarşısında müəllimlərin avtomobillərinin saxlanması üçün nəzərdə tutulan avtodayanacaq parklanma sahəsi kimi ətrafda yaşayan şəxslərə aylıq 30 manata (bir avtomobil üçün) icarəyə verilib.

Məktəb direktoru bunun üçün sözügedən dayanacağa nəzarətçi də təyin edib.

Əraziyə avtomobillərin dəqiq sayını bilmək və təhlükəsizliyini təmin etmək üçün kamera belə qurlaşdırılıb.

Qeyd edək ki, 5 ildir sözügedən məktəbin direktoru təyin edilən Gülnar Qurbanova Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun qızıdır.


635x100

Şərhlər

vetendash 2023-05-31 23:44:05

necada bacariqli ish adamidir bu xanim, aferin sizlere.

dadaşyev 2023-05-31 22:36:24

Adi haldı.Nolsun yəni?Bu icarəyə verməyəcəksə başqası gəlib icarəyə verəcək,ona görə də hesab edin ki bu elə həmin o başqasıdı.Müqəddəs yerlər boş qalmaz.

Cahid 2023-05-31 21:16:05

Ölkıə bir qrup dələduzların ixtiyarına verilib.

Roma 2023-05-31 19:34:23

Gülnar xanım "haqqın yolun" tapıb, necə deyərlər, otur pulları say...

Adam 2023-05-31 18:49:10

Ölüb, yere girsinlər. Görməmişlər. Əgər yazılanlar dogrudursa, atanida, qizida işdən çıxartmaq lazımdır. Dərs olsun.

Son yazılar