Məişətimizdə tez-tez kiminsə haqqında “sonradan görən deyil”, yaxud “görən ailədən çıxıb” kimi ifadələr işlədilir. Bu o deməkdir ki, barəsində söz açılan şəxs imkanlı ailədən çıxıb, ona görə acgöz deyil, özünü “görməmiş” kimi aparmır, sadə, təmkinli və s. müsbət keyfiyyətlərə malikdir. Amma nə işdirsə, bu keyfiyyətləri bir çox məmur övladlarına aid etmək olmur. Belə ki, onların bəziləri valideynlərinin dövlətdən, millətdən oğurladıqları milyonlar hesabına uşaqlıq və gənclik illərini yağ-bal içərisində keçirsələr də acgözlükdə, görməmişlikdə öz böyüklərini də keçirlər...
Mətbuatda gedən məlumatlara görə, Yeni Yasamalda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gülnar Qurbanova şagird və kollektivlər üçün dövlət vəsaiti hesabına tikilən idman kompleksini özəlləşdirərək adı açıqlanmayan fərdi sahibkara icarəyə verib. İdman kompleksinin 1 saat üçün icarə haqqı 60 manat təşkil edir. Həmçinin, məktəb direktoru məktəbin qarşısında müəllimlərin avtomobillərinin saxlanılması üçün nəzərdə tutulan avtodayanacağı da parklanma sahəsi kimi ətrafda yaşayan şəxslərə aylıq 30 manata (bir avtomobil üçün) icarəyə verib.

Məlum olub ki, 5 ildir sözügedən məktəbin direktoru təyin edilən Gülnar Qurbanova Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun qızıdır. Bu, məktəb direktorunun “fərasətinin” təsadüfi olmadığını deməyə əsas verir...
Ümumiyyətlə, nə işdirsə, Azərbaycanda məmur övladları mütləq istedadlı, bacarıqlı, uğurlu, savadlı, bir sözlə, “millətin qaymağı” olurlar. Hansına baxsan, “babat” vəzifədə oturan məmurdur, polis rəisidir, prokurordur, vergi, gömrük rəisidir, ya da “uğurlu iş adamı”dır. Məsələn, Şuşanın icra başçısının qızı, əlbəttə ki, adi müəllim ola bilməzdi, mütləq direktor olmalıydı və şuşalı pedaqoqlar, ziyalılar arasında Şuşa məktəbinə direktor təyin ediləcək ikinci bir layiqli namizəd ola bilməzdi...
Azərbaycan reallığında Təhsil Nazirliyi ən tez-tez nazir dəyişən nazirliklərdən biridir. Amma bu dəyişikliklər təhsil sahəsindəki bazar təfəkkürünü dəyişmir ki, dəyişmir. Yenə də məktəb direktorunun fikri-zikri təhsildə, tərbiyədə, şagirdlərin nailiyyətlərində yox, satılıb-alına biləcək hər şeydə - məktəbin həyətinə aid torpaq sahəsində, stadionda, idman zalında, şagirdlərin, valideynlərin cibindədir. Deməli, naziri dəyişməklə deyil, idarəetmə sistemi, yanaşma, təfəkkür dəyişməlidir...
Kasıbın balası dövlət qulluğuna düşmək üçün imtahan verir, gözünün nurunu tökür, yüksək bal toplayır, amma işə qəbul olunana qədər aylarla, illərlə süründürülür, “ehtiyat kadrlar” sırasına atılır. Amma “papanın gül balaları” üçün bu maneələr yoxdur, bir də gözünü açıb görürsən ki, ali məktəbi qurtarar-qurtarmaz “şıppıltı” ilə “yağlı” bir işə qəbul olundu...
Hələ Bayram Səfərovun özü nisbətən kiçik fiqurdur və qız övladının tutduğu vəzifə də “sən deyən yağlı vəzifə” deyil. Ramiz Mehdiyevdən Elman Rüstəmova, Əli Həsənovdan Hacıbala Abutalıbova, Vasif Talıbovdan daha kimlərə, o cümlədən bir çox hazırda vəzifədə olanlara qədər iri məmurların özlərinin mütləq mənada iri biznesləri, bankları, eləcə də onların övladlarının ya “yağlı” vəzifələri, ya da ilkin kapitalı atalarının “halal pulu” ilə formalaşan şirkətləri, biznesləri var. Nə özlərinin, nə də övladlarının puldan gözü doymur...
Şuşanın icra başçısının imkanları, biznesi yuxarıda adı çəkilənlərlə müqayisədə “xırda-xuruş alver” təsiri bağışlayır. Ancaq buna baxmayaraq, elə həmin B.Səfərova aid olduğu bildirilən obyekt və mülklərin bir qisminin mətbuatda iki il öncə dərc olunan siyahısına diqqət yetirin:
- Novxanıda yerləşən 6 milyon dollarlıq villa;
- Xətai rayonu, General Mehmandarov, ev 68 ünvanında mənzil;
- Dərnəgüldə daha bir mənzil;
- Əhmədlidəki “Leyla PALACE” Şadlıq sarayı, restoran və PUB;
- "Qala” restoranı;
- "Kosmos” Restoranı;
- Nərimanov metrosu ərazisində bir neçə obyekt;
- Nərimanov parkında yerləşən "İstanbul” kafesi;
- “La Vita Cafe and Restoran”;
- Novxanı yolunun üzərində yerləşən aqlay daş plitələr istehsal edən sexlər;
- Novxanıda mal-qara ferması;
- Fermanın yaxınlığında gön-dəri sexi;
- Binəqədidə hektarlarla torpaq;
- Sədərək, Binə bazarlarında çoxlu sayda dükanlar;
- Rufis adlı oğlunun adına "Kəklik" MMC şirkəti və sair.
Bunlar mətbuatın bildiyidir. Bu qədər obyektləri, restoranları, malı-mülkü olan bir icra başçısının məktəb direktoru olan övladının doğrudanmı 60 manata stadion, yaxud ayı 30 manata avtomobil dayanacağı icarəyə verib pul qazanmağa ehtiyacı var? Yəqin ki, yox. Sadəcə, acgözlük, talançılıq, soyğunçuluq, görməmişlik Azərbaycanın məmur zümrəsinin qanına, mahiyyətinə hopub, yaşam prinsipinə çevrilib və belə görünür ki, bu mərəz hələ xeyli vaxt öz xoşu ilə bu zümrənin canından çıxmayacaq...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Cəlal müəllim sizdən xahiş edirik Şəki də Bazarın aşağı hissəsində Bina sakinləri üçün salınmış İstirashət yerini cəbhəki Cahangir Nəbiyev vəzifə səlahiyyət həddini aşaraq Hərbi xidmətdən yayınan, kefli həyat yaşayan oğlu üçün Fantan Kafesi yaratmasına nail olub. Xahiş edirik bizim istirahət yerimizi özümüzə qaytarılmasına köməklik göstərin. İçərisində !80 kv.m sahəsi olan Su hövuzu da var idi, bir bina yanmış olsa su hovuzu yoxdur. Belə neqatif bir insanı yenidən İH memarı postuna gətiriblər ?
Bunu ..... 30 ildə tıxadığı ağzından gəlsin.
Bu adamı oturdublar kənarda xımır-xımır büdcə yeyir.Bəs yuxarıhara baxır? Bilərəkdən belələrinə şərair yaradırlar?Biz hara gedirik?Bunun sonu faciə deyilmi?Nİyə dövlət,hakimiyyət,nəzarət, öz mənasını unudub.aradan götürülüb ki,hər qeyri millət,milli qarışıqlar dövlət strukturuna soxulub ölkəni talan edir?
Eli səndən baş açmaq olmur nə dinə qulluq edirsən. Əslində hiss olunur,ancaq,,,,,,,,,,,!
Qohum qardas kooperativiler i ...
Ve ya arvad usaq ,kulfet MMC leri.
Bu sizsiz cenablar...
Niye zakir qaralovun, ramiz mehdiyevin obyektlerini yazmirsiniz? Olmaz?
Qaça-qaça yığmaq dayana-dayana 335 manat 65 qəpiklik maaşa möhtac olmaqdan yaxşıdı.Şair də gözəl deyib.Deyifdı kınqa:”Qaç ki qaçan varlanar,Qaçmayan namərd olar,Qaçasan çalıb-çapmayasan,Bax bu böyük dərd olar.Taleyini qınama,Qınasan da ağlama,Nə vaxt görsən gələn var,Sən də tez qaç ol adam”.
indi noolacaq ?
Ayıb deyilən bir etik anlayış var. Bir neşə saat bundan əvvəl rəy yazmışdım. Sizin guya o məmurlardan fərqiniz varmı? Əsla yox.
Hörmətli Cəlal müəllim ! Belə gözü doymayan məmurlar hər yerdə var. Bunlardan biri Cəbhə dövründə İcra Hakimiyyətində müavin vəzifəsini tutan Cahangir Nəbiyevdir. C.Nəbiyev cəbhə dövründə vəzifəsindən sui istifadə edərək kolxoz Bazarının ətrafında yaşayan bina sakinləri üçün tikilmiş İstirahət yeinin dört tərəfini kubik materialı ilə bağlayaraq, Hərbi xidmətdən yayınan oğlu üçün Fantan Kafesi yaratmağa nail oldu. O dövrdə Əşrəf Məmmədov İcra Başçısı olduğu dövrdə Cahangir Nəbiyev uzun müddət Rusiya torpaqlarında gizlənmişdir. Yoxsa o həbs olunmalı idi. Aidiyyatı qurumlar, xüsusilə FHN -i bu işə soyuq münasibət bəsləmişdir. İstirahət yerində binaların təhlükəsizliyini təmin etmək üçün böyük Su hovuzu var idi. Cahangir Nəbiyevin həyat yoldaşı qeyri millətin nümayəndəsidir... Bu işbazı yenidən Şəki İcra hakimiyyətinin Baş memarı vəzifəsinə işə təyin ediblər ki, Şəkidə əhalinin başqa istirahət yerlərini zəbt etsin. Şəki də Cahangir Nəbiyevin onlarla abyekti var, hətta Qaz xəttinin üztündə 3 mərtəbəli obyektdə tikdirib. Cəlal müəllim sizdən xahiş edirik, bizim İstirahət yerimizi özümüzə qaytarılmasına köməklik göstərin.
Allah erməninin evini yıxsın.Gör bu adam hələ qaça-qaça millətdən bu qədər milyonları çırpışdıra bilib,qaçmasaydı nələr çırpışdırardı,adı Forbes jurnalına düşərdi.Qoymadı erməni köppayoğlu,qoymadı.İstedad batdı,heç oldu getdi yazıq.
Celal bey Sene bir meslehetim var ,qebul etsen de olar etmesende.Sen ağıllı ,savadlı mükemmel bir Ziyalusan.Heç vaxt seviyyeni ve adını gede güde seviyyesine endirme.Üzrlü say
Belə yazıları ürək bulanmadan oxumaq olmur. Bunlar kimin üçün ünvanlanır, maraqlıdır. Bir jurnalistin bildiyini məgər rəsmi dairələr bilmirlərmi? Axı sistemin günahını konkret ACGÖZLƏRİN ayağına yazmaq nəyə xidmət edir. Bütün bu rüsvayçılıqların bir ucunda rəsmi dairələrin dayandığı Daun sindromlulara da məlum olduğu haqda, bu LAKEYLƏRİ suçlamaq sadəcə GÜNSH,
Niyə bel özbaşınalıqlar nəzarətdən kənar saxlanılır ki,davam etməkdədir:Bəs nəzarət orqanları?Deməli Bayramova kimsə yaşıl işıq yandırıb.Bu kimdir?Biyə Bayramov öz vəzifəsini icra etmir ,amma havayı maaş alır?O niyə Şuşada,iş yerində olmur?Bakıda keyf edir.Guya bunu görən yoxdur?
Cəlal bəy,bədənində təmiz zərbaycanlı qanı axan məmur və onun evladları bu qədər acgöz,tamahkar,soyğunçu ola bilməz! Bunların rəsmi adları saxtalaşdırıldığı kimi əməlləri də yaramazdır.Bayramovun oğlunun isminə diqqət edin,bu soyadın haradan gəldiyinə diqqət edin.İndi vəzifələrdə olan məmurların hamısının keçmişi,əsli və kökü yoxlanılarsa ox mətləblərin üstü açıllar.1993-cü ildən sonra və ondan qabaq nə qədər Rantik Rafiq və ya Rauf olub,nə qədər başqa erməni soyaları azəriləşdirilib.Niyə buna diqət edən tapılmır?
Yaxın qohumların (evlad,həyat yoldaşı,day.əmi oğul qızları,bacanaq,yeznə,qayın ) bir-birinin tabeliyində və rəhbər olduğu sahədə birgə işləməsi qanunla qadağan edilməlidir.Çünki bu qanunlara etinasızlıq,yratmaqla cinayət xarakterli əməllərə imkan yaradır.Bu məsələyə Milli Məclisdə təcili baxılmalı və Azərbaycanda baş alıb gedən özbaşınalığa son qoyulması üçün qanun layihəsi hazırlanıb Prezidentə təqdim olunmalıdır.Bu qnuna indiki halda böyük ehtiyac vardır.Bu qanun rüşvət,özbaşınalıq,mənimsəmələrin geniş yayılmasının və nəzarət sisteminin işləməsinə imkan verər.
Bir az da Vilayət Eyvazovun mal-mülkündən yazmanızı xahiş edirəm,camaat oyansın
Və bu adamlardan Azərbaycanımızda on minlərlədir. Bu boyda dünya bəy və dünya xanımlar respublikanın idarə edici orqanların işgal ediblər. Erməni işğalın sonlandırmagı xalqımız 44 günə bacardı ama bu sistemin işğalı hələ 40 il davam edəcək
Ona o imkanı kim yaradıb,yoxsa Puşkin?
Bu yazıda qaldırılan məsələlərlə tamamilə razıyam. Çünki mənim qızım gecəni gündüzə qatıb oxuyub hələ də işə düzələ bilmir
Maşallah çox diribaş adamdır yəqin . Molodes , Görəsən bəsidir???
Yazıq millət də çörək pulu tapmır,gecə saat 2-də zibil yeşiklərində çörək qırıntıları yığırlar ki kimsə tanış görməsin. Nə gündəyik biz. Belə olsaq daha pis olacağıq. Cavanlar qaçır,kişilər də ürəyi tutur ölür. Millətin axırına çıxırlar.