Menu

“Bu, əhəmiyyətli uğur olacaq” - Sabiq MKİ şefi Ukrayna əks-hücumundan danışıb

02.06.2023, 18:49
“Bu, əhəmiyyətli uğur olacaq” - Sabiq MKİ şefi Ukrayna əks-hücumundan danışıb

Qərbin hərbi maşınları ilə təchiz olunmuş yeni yaradılan Ukrayna hərbi birləşmələri Rusiya cəbhəsinin səpələnməsinə nail olacaq.

“AzPolitika.info” xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin(MKİ) sabiq rəhbəri, general Devid Petreus bu fikirdədir.

Kiyevdə olan sabiq MKİ şefi deyib ki, əsas məsələ Ukrayna ordusunun cəbhənin böyük hissəsini hərəkətə gətirməyi bacarmasıdır. Onun fikrincə, ordu nə qədər böyük ərazidə hərəkətə gəlsə, Rusiya cəbhəsində bir o qədər boşluqlar tapmaq mümkün olacaq: “Düşünürəm ki, bu, baş verəcək. Düşünürəm ki, bu, əhəmiyyətli uğur olacaq”.

Petreus əlavə edib ki, Ukrayna döyüşçülərinin Qərbdə keçdiyi hərbi təlimlər əks-hücum əməliyyatında öz sözünü deyəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol