“ONU BAŞA DÜŞMÜRƏM...” - Zelenski Trampa cavab verdi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın sabiq Prezidenti Donald Trampın Ukraynada müharibəni 24 saata dayandıra biləcəyinə dair iddialarına cavab verib.

“AzPolitika.info” xəbər verir ki, “The Wall Street Journal”-a müsahibə verən Ukrayna Prezidenti Trampın bu iddiasını anlamaqda çətinlik çəkdiyini bildirib: “Əlbəttə ki, müharibənin mümkün qədər tez bitməsini istərdik. Ancaq bu, administrasiya ilə bağlı deyil – o qalacaq, ya dəyişəcək. Prezident Bayden genişmiqyaslı müharibə dövründə Prezidentdir və o, bizə Prezident Trampla müqayisədə xeyli çox kömək edir. Ancaq anlamaq lazımdır ki, o vaxt geniş miqyaslı müharibə yox idi və mən bilmirəm bu halda Tramp necə hərəkət edərdi”.

Zelenski Trampın “ müharibəni 24 saata bitirərəm” bəyanatına belə cavab verib: “Mən başa düşmürəm, niyə Tramp Putinlə Zelenskini 24 saata danışıqlar masasına oturda biləcəyini və müharibəni bitirəcəyini deyib. O, özü Prezident olanda bunu edə bilərdi. Ancaq bu, baş vermədi. Bəli, məsələ bu qədər kəskin deyildi, çünki geniş miqyaslı müdaxilə olmamışdı. Ancaq bizim işğal olunmuş ərazilərimiz vardı”.

“AzPolitika.info”  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar