TÜRKİYƏ SQ-nin BAŞ QƏRARGAH RƏİSİ TƏYİN EDİLDİ - VİDEO (Yenilənib)

Türkiyə Ordusunun Baş Qərargah rəisi vəzifəsinə müvəqqəti olaraq Quru Qoşunları komandanı general Musa Avsevər təyin edilib.

Bu barədə Türkiyə Prezidenti Aparatının Kommunikasiyalar İdarəsindən məlumat verilib.

Məlumata görə, avqust ayında keçiriləcək Ali Hərbi Şuranın toplantısında yeni baş qərargah rəisi təyin ediləcəyi gözlənilir.

Xatırladaq ki, öncəki Baş Qərargah rəisi Yaşar Gülər ölkənin Müdafiə Naziri təyin olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar