Tağı Əhmədov yerimə qabiliyyətini tam itirib - "Vəziyyəti üərkaçan deyil"

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov ömürlük yerimə qabilliyyətini itirib.

Manset.az-ın əldə etdiyi məlumata görə, Tağı Əhmədov ömürlük əlil arabasına məhkum olmaqla yanaşı onun ürəyində də ciddi problem yaranıb.Hazırda o Bakıda yerləşən özəl klinikalardan birində intensiv müalicə alır.

Onun həyat yoldaşı Salatın Əhmədova manset.az-a açıqlamasında faktı təsdiq edərək, bunları deyib: “Tağı müəllim hazırda xəstəxanadadır, vəziyyəti üərkaçan deyil. Müalicə zamanı başqa problemləri də çıxdı. Onun ürəyində də problem çıxıb. İndi onu müalicə edəcəklər.Yəgin ürəyi ilə bağlı müalicəsi bir həftəyə yekunlaşar. Həkimlər indi onunla məçğuldurlar. Yeriməyi artıq mümkün deyil. Onun yeriməsi üçün Allahın bir möcüzəsi lazımdır. Heç kim bilmir ki, sabah başına nə gələcək”.

635x100

Şərhlər

Fuad 2023-06-10 18:02:27

Əməllərinin cəzasıdır.

dadaşyev 2023-06-08 23:32:00

Ay Tağı müəllim,gərək Qurani-Kərimi vaxtında oxuyaydın,onda bilərdin ki,faizlə borc vermək haramdır.Xəstə adama etika yol vermir daha nələrsə deməyə.Odur ki,no comment yəni.

X 2023-06-07 19:44:40

HEC KIM BILMIR BAŞINA SABAH NƏ GƏLƏCƏK. ÇOX LAF YALANSIZ ÇOX PARA HARAMSIZ OLMAZ

RR 2023-06-07 16:23:13

Pulnan emele qelmir ?

Hadı 2023-06-07 15:59:45

Şəxsi metrosu yoxmudur? Mindirsinlər ona, onda gəzsin. Zatən Tağı müəllim yerin altını daha çox sevirdi, nəinki üstünü..

t.ədalət 2023-06-07 14:54:37

Allah köməyi olsun!Barı,heç olmasa indidən YAP-dan aralansın ki,qiyamət gününün cəzaları az olsun.

Camaat 2023-06-07 14:18:53

Vay "yazıq".Həyatı zülmlə ,kasıbçılıqla keçib.

Roma 2023-06-07 13:28:21

Allah köməyi olsun, şəfa diləyirəm...

Son yazılar