TALIBOVLARIN 94 MİLYONLUQ BANKINI KİMLƏR ALIB? - “Naxçıvan Bank”ın yeni sahibləri məlum oldu + DOSYE (Yenilənib)

Talıbovların bankı təhvil verərkən neçə milyon götürdüyü də açıqlandı

“Naxçıvan Bank” ASC-nin yeni səhmdarlarının adları açıqlanıb. Hazırda 94 milyon manat nizamnamə kapitalı olan bankın maliyyə hesabatında bildirilir ki, bankın yeni səhmdarları Hüseyn Yaşar oğlu Məmmədov (63,66%), Rüfət Əhədağa oğlu Məmmədov (26,52%) və Binnət Yasin oğlu Novruzovdur (9,82%).

Müşahidə Şurasında yer alan Rüfət Məmmədov və Binnət Novruzov kifayət qədər tanınmış şəxslərdir.

Bank səhmlərinin 26,52%-nə sahib olan Rüfət Məmmədov daha əvvəl ölkənin aparıcı şirkətlərindən olan “Gilan Holdinq”də İdarə heyətinin sədr müavini olub. Daha sonra “Gilan”a bağlı olan “Azər-Maya” ASC-nin İdarə Heyətinə sədr təyin edilib.

Yeniavaz.com xəbər verir ki, R.Məmmədov Azərbaycanın Tibb Universitetində mikrobioloq kimi magistr dərəcəsinə 2007-ci ildə yiyələnib. 2020-ci ildə İsveçrənin Montrö Biznes Məktəbində MBA dərəcəsinə yiyələnib.

O, iş karyerasına yüksəlişə Danimarkanın Bakıdakı pivə istehsal edən törəmə şirkəti “Carlsberg Azerbaijan” şirkətində 2010-cu ildə direktor müavini kimi yiyələnib. İki il sonra, yəni 2012-ci ilin sentyabrında zavod direktoru təyin edilib.

Üç il sonra (2015-ci il sentyabr) “Gilan Holdinq”ə Əməliyyat direktoru kimi gəlmiş, 2016-cı ilin noyabrından 2020-ci ilin sentyabrına qədər isə həmin holdinqdə İdarə Heyəti sədrinin 1-ci müavini olub.

“Naxçıvan Bank” ASC-nin səhmlərinin 9,82%-nə sahib olan Binnət Novruzov isə əvvəllər “Rabitəbank” ASC-də baş direktor olub.

Eyni zamanda bankın Müşahidə Şurasının sədri olan Binnət Novruzov 1981-ci ildə anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

2007-2008-ci illərdə “Unibank” ASC-də, 2009-2010-cu illərdə “Bank of Baku” ASC-də çalışıb. 2016-2021-cı illərdə “Rabitəbank” ASC-də baş direktor olub.

Binnət Novruzov 2021-2022-ci illərdə Dubayda (BƏƏ) fəaliyyət göstərən “SOCAR Overseas Ltd” şirkətində direktor müavini olub.

“Naxçıvan Bank” ASC-nin Müşahidə Şurasının yeni sədri hazırda İngiltərnin Mançester Universitetində magistr təhsili alır.

Onu da xatırladaq ki, Binnət Novruzov 2016-2021-cı illərdə baş direktor olduğu “Rabitəbank” ASC-nin əsas səhmdarı Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Rauf Zeynal oğlu Əliyevdir.

1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır. Bank səhmlərinin 40,6%-i Rauf Əliyevə məxsusdur.

“Naxçıvan Bank” ASC-nin əsas səhmdarı olan Hüseyn Məmmədov kim olması haqqında məlumat yoxdur. Bu şəxs ictimaiyyət arasında tanınan biri deyil. Hüseyn Məmmədov bankın digər 2 səhmdarından fərqli olaraq Müşahidə Şurasında da təmsil olunmur.

Qeyd edək ki, 2008-ci ildən dövlət qeydiyyatına alındıqdan sonra “Naxçıvan Bank” ASC səhmdarları haqqında məlumatları açıqlamayıb.

15 ildən sonra - 2022-ci il üçün açıqlanan maliyyə hesabatında bank səhmlərinin 63,66%-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbova, 20,48%-nin Talıbovun digər oğlu Seymur Talıbova, 9,82%-nin qızı Baharxanım Talıbovaya, 6,04%-i isə həyat yoldaşı Sevil Sultanovaya məxsus olduğu qeyd olunub.

Açıqlanan maliyyə hesabatında, həmçinin qeyd olunub ki, bu ilin fevral ayının 1-də Talıbovun ailə üzvləri “Naxçıvan Bank” ASC-dəki səhmləri satıblar.

***

Ölkədə yeganə regional bank olan “Naxçıvan Bank” ASC-nin Vasif Talıbovun ailəsinə məxsus olduğu qeyri-rəsmi olaraq bilinsə də, bank qanunvericiliyin müvafiq maddəsini pozaraq mülkiyyətçilərini gizli saxlayırdı.


Yalnıız  bankın 2022-ci il üzrə hesabatında onun səhmdarları açıqlanıb.

Məlum olub ki, 31 dekabr 2022 və 2021-ci illər tarixinə bankın səhmləri Talıbovlar ailəsindən 4 nəfərə aid olub.

Hesabata əsasən bankda Vasif Talıbovun oğulları Rza Talıbovun 63,66 %, Seymur Talıbovun 20,48 %, qızı Talıbova Baharxanım 9,82 %, Talıbovun nəvəsi Sultanova Sevil Rza qızının isə 6,04 % səhmi olub.

Hesabatda, həmçinin göstərilir ki, artıq 2023-cü ilin fevralın 1-dən Talıbovlar ailəsi bankın sahibliyini tərk ediblər və 14 milyon 59 min manat dividendlərini götürə biliblər.

Bankın səhmlərinin yeni mülkiyyətçiləri isə Hüseyn Məmmədov Yaşar oğlu (63,66 %), Rüfət Məmmədov Əhədağa oğlu (26,52 %) və Binnət Novruzov Yasin oğludur (9,82 %).

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Bankın ölkədə 7 filialı və 1 şöbəsi fəaliyyət göstərir.

635x100

Şərhlər

Kələntər 2023-06-10 10:29:37

Bunu hallandırmanıın mənası varmı? Guya onlara qarşı nəsə edəcəklər?

Roma 2023-06-09 08:10:24

Məncə belə məsələlərin üstü malalanacaq və açılmayacaq...

Eli 2023-06-08 18:09:32

Bu mesele en çox “Terter işi” hadisesine oxşayır,ancaq ferqli formada,yeni bu İnsanlar yeqin ki ne vaxtsa bu vesaitleri hansı yollarla qazandıqlarının millet ve Dövlet qarşusında hesabat vermelidirler özü de tek bunlar yox ,bunlarabenzerlerin hamısı,axı bu millet olmasa ne dövlet qurula biker ne de dövlet vezifelileri kreslo yiyelene bilerler.

Xəyal Xəyyami 2023-06-08 12:38:27

Özəl Bank bir sahibkardan digərinə necə verilə bilər? Satıla bilər!

Baba 2023-06-08 10:59:49

Vsalar Vətənimiz talan qarət edir,sökən sökür,daşıyan daşıyır. Biz isə yatırıq şirin yuxudayıq. ....

Son yazılar