Ukrayna Silahlı Qüvvələrinin budəfəki əks-hücumu daha çətin olacaq.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” nəşri məlumat yayıb.

Nəşq qeyd edir ki, əvvəlki hücumlardan fərqli olaraq ukraynalılar bu dəfə gözlənilən bölgədən irəliləməli olacaqlar: “Ukrayna ordusunun ötənilki qələbələrinin səbəbini izah etmək asandır. Xarkov vilayətindəki əks-hücum ruslar üçün tamamilə gözlənilməz oldu. Çünki onlar cənubda müdafiəyə hazırlaşırdılar. Xersondakı qələbəyə gəlincə, ruslar onsuzda burada qoşunların tədarükü ilə bağlı uzun müddətdir çətinlik çəkirdilər”.

ABŞ nəşri yazır ki, hazırda müharibənin ümumi mənzərəsi tamamilə dəyişib və Ukraynanın mümkün əks-hücumunun gedişatına təsir edəcək üç amil var:

1. Yeni cəbhə xətti konfiqurasiyası

İndi Rusiya cəbhəsinin qərb cinahı xüsusilə Kaxovka bəndinin dağıdılmasından sonra keçilməsi çətin olan Dnepr çayı ilə qorunur. Zaporojye çölü hücumun açıq istiqamətidir. Lakin ruslar geniş sahə istehkamları və minalanmış sahələr şəbəkəsi quraraq öncədən bu varianta hazırlaşıblar. Onların aradan qaldırılması Ukrayna Silahlı Qüvvələri üçün çətin olacaq və vaxt tələb edəcək. Bu müddət ərzində Rusiya hərbi ehtiyatlarını təhlükə altında olan ərazilərə çıxarmağa vaxt tapacaq.

2. Döyüş meydanındakı yeni silahlar

Ukrayna Silahlı Qüvvələri müxtəlif təyanatlı Qərb silahları aldı. Bu, Ukrayna ordusundakı silahlarla bağlı vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirdi. Bundan əlavə, Ukrayna ordusunun briqadaları Qərbdə yeni və daha mürəkkəb döyüş üsullarından ibarət təlimlərdə iştirak etdilər.

3. Mənəvi ruh

Rusiya ordusunda müharibənin lap əvvəlindən mənəvi-psixoloji problemlər yaranıb. Ukrayna ordusunu döyüş ruhu isə yüksək səviyyədədir. Ukrayna cəmiyyəti bu əks-hücuma çox böyük ümid bəsləyirlər.

“AzPolitika.info”