Ukraynanın işğalı zamanı Rusiya, ən mühafizəkar hesablamalara görə, 50 min adamını itirə bilər. Yaralanma və ya ölüm səbəbiylə sıradan çıxanları nəzərə alsaq, Rusiyanın bərpa olunmaz itkiləri ən azı 225 min nəfər ola bilər.
“AzPolitika.info” xəbər verir ki, bunu nüfuzlu BBC korporasiyası açıqlayıb.
Son iki həftə ərzində BBC Rusiya Xidməti “Mediazona” və könüllülər qrupu ilə birlikdə Ukraynada həlak olan 1213 rus əsgərinin şəxsiyyətini müəyyənləşdirə bilib. Beləliklə, adları məlum olan ölənlərin ümumi sayı 25 mini keçib.
Ölü və yaralı sayında artım 2022-ci ilə qədər orta təsdiqlənmiş həftəlik itkilərdən iki dəfə yüksəkdir.
Söhbət yalnız jurnalistlərin məmurların və KİV-lərin məlumatlarına, həlak olanların yaxın qohumlarının sosial şəbəkələrdəki paylaşımlarına, habelə qəbiristanlıqlardan əldə etdiyi məlumatlara əsasən təsdilənən əlumatlardan gedir.
BBC-nin təhlilində deyilir: "Qurbanların real sayı bizim təyin etdiyimiz rəqəmlərdən çoxdur".
Nəşrin müəllifləri qeyd edirlər ki, açıq mənbələrdən itkilərin uçotunu aparan jurnalistlər və könüllülər onların siyahısında Rusiyada dəfn olunanların yarısı qədər ölənlərin adlarının ola biləcəyini deyirlər. Onlar son 15 ayda Rusiyanın 65-dən çox şəhər və kəndində qəbiristanlıqlardakı vəziyyəti öyrənərək bu qənaətə gəliblər.
Söhbət “Vaqner” PMC-nin tərkibində döyüşən könüllülərdən, səfərbər edilmiş məhbuslardan və özünü "DNR" və "LNR" elan edən hərbiləşdirilmiş dəstələrdən gedir.
Rusiya hakimiyyəti müharibədə itkilərin rəsmi sayını açıqlamır, sonuncu dəfə ötən ilin sentyabrında bu rəqəmlər səslənmişdi.
Ukrayna hakimiyyəti də ölən hərbçilərin sayı barədə məlumat vermir.
“Azpolitika.info”

Şərhlər